PDF Oxu

Müxalifət

  • 2 836

Azərbaycanda partiya sədrlərinin psixoloji PORTRETLƏRİ!

image

Partiya sədri siyasi xarizmaya malik olmalıdı, daxili düşüncələrini zahirinə çıxarmamalıdır

Azərbaycanda fəaliyyət göstərən dağıdıcı müxalifət partiyalarının sədrləri zaman-zaman səsləndirdikləri anormal fikirləri, bəyanatları və atdıqları addımlarla ən azı mətbuatın diqqətini özlərinə cəlb etməyə çalışırlar. Əksər hallarda atılan addımlar, "siyasi mübarizəyə" hesablanmış bəyanatlar əks-effekt verib. Heç şübhəsiz ki, bu məsələdə partiya adından son qərarları verən və bəyanatların əsas müəllifi olan sədrlər daha çox məsuliyyət daşıyırlar. Hər şeydən öncə siyasətçi atdığı addımları atarkən düşünməli, hadisələrə, baş verən ictimai-siyasi proseslərə təmkinli, obyektiv, qərəzsiz, məntiqli münasibəti ilə seçilməlidir. Bu, həm də psixoloji məsələdir. Baş verən hadisələrə çaş-baş münasibəti ilə seçilən bir sıra müxalif partiya sədrlərinin psixoloji durumu həqiqətənmi yeirndədir? Uzun illərdir dərin depressiya, xaos içərisində olan partiyaların və onların sədrlərinin bu gün hadisələrə doğru-dürüst yanaşmaq imkanları varmı? Yaxud bu, mümkün ola bilərmi? Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının sədrlərinin psixoloji portretini necə cıza bilərik?

İsa Qəmbər hazırda "Strateji-Düşüncə Mərkəzi" adlı qurumun sədridir, Müsavatın eks-başqanıdır. Uzun illər Müsavata başqanlıq edən İ.Qəmbər rəhbərlik etdiyi partiyaya heç bir uğur gətirə bilmədi. Müsavatın gələcək perspektiv və imkanlarını, strategiyasını müəyyənləşdirmək əvəzinə, partiyanın keçmişini qabartmağa, bununla yaşamağa üstünlük verdi. Onun başqanlıq dönəmində Müsavat ciddi siyasi qələbə qazana bilmədi, partiyanın sosial bazası tamamilə tükəndi, kütləvi istefalar, aparılan uğursuz, intriqant siaysət, şəxsi ambisiyaların önə çəkilməsi bu qurumu dağılmaq problemi ilə üz-üzə qoydu. İ.Qəmbər, bu illər ərzində, mətbuata açıq olmadı, daha çox dağıdıcı müxalifətin nəzarətində olan media orqanları ilə əlaqə saxladı. İllər boyu "demokratiya" və "mətbuat azadlığı"ndan danışan İ.Qəmbərin müstəqil mətbuatdan qorxub qaçması, müstəqil jurnalistlərin suallarını cavablandırmaması danılmaz faktdır. 2003-cü ilin oktyabrında dağıdıcı müxalifətin şəhərimizdə qırğınlar törətməyə cəhd etməsi, düknaları, mağazalara hücum etmələri İ.Qəmbərin psixololji portretinin tam cizgilərinə işıq salmış olur. "Siyasi mübarizə"ni zorakılıqda görən İ.Qəmbər evinin qapısını bağlayıb qaranlıq otaqda oturmuşdu.

Əli Kərimli AXCP sədridir, bu partiya sədri üçün müxalifətçilik dövlət məmurları haqqında şantaj xarakterli, təhqir və söyüş dolu piar aparmaqdan ibarətdir. Müxalifətdə "xəyanət simvolu" kimi tanınan Ə.Kərimli lideri Əbülfəz Elçibəyi öldürməkdə də günahlandırılır. Hazırda bu adamın yarıtmaz addımları nəticəsində, onlarla gənc ölkə qanunlarını məqsədli şəkildə pozduqlarına görə məsuliyyətə cəlb olunublar. Ə.Kərimli düşünür ki, cəbhəçi cinayət törədə bilər, lakin məsuliyyətə cəlb oluna bilməz, cəbhəçi polisə müqavimət göstərə bilər, rəsmi şəxslər haqqında şantaj xarakterli materiallar yaya bilər, insanları provokasiyaya çəkə bilər, ancaq qanun qarşısında cavab verə bilməzlər. Daha çox "termin"lərlə danışamağa üstünlük verən Ə.Kərimli partiya sədrləri arasında ən az savadı olan, birisidir. Heç bir dil bilgisi yoxdur, mütaliədən tamamilə uzaqdır. Hadisələrə aqressiv münasibəti ilə seçilir. Sonunu düşünmədən istənilən adamı xəyanətdə ittiham edərək, onu təhqir hədəfinə çevirir. Siyasi xarizması yoxdur. Kim onun kimi düşünmürsə, deməli, "satqın"dır, "yalançı"dır, "vətən xaini"dir.

Pənah Hüseyn elə bir həddə emosionaldır ki, əgər kimsə keçmiş baş naziri qıcıqlandırsa, arxasını fikirləşmədən qarşısındakı adamı rahatlıqla söyə bilər. Xüsusilə, tanımadığı jurnalist qarşısında öz eqolarını sığallamaq üçün ona "burda mənəm, Bağdadda kor xəlifə" prinsipiylə baxa bilir. Siyasi xarizmadan tamamilə məhrumdur. 1990-cı illərin siyasi xaosunu xatırladır, beyinlərdə bu yaddaşla qalıb. Cəmiyyətdə özünə, onun nə vaxtsa siyasət meydanında "diriləcəyinə" inanların sayı sıfıra bərabərdir. Səsləndirdiyi fikirlərin müzakirə yaratmaq bacarığı yoxdur.

Sərdar Cəlaloğlu qətiyyən siyasət adamı deyil. Görkəm etibarilə ciddi görünməyə çalışsa da, amma çox emosionaldır. Hətta qarşısındakı jurnalist ADP sədri haqqında düşünə bilər ki, istənilən sualla S.Cəlaloğlunu özündən çıxarmaq mümkündür. Siyasi fəaliyyətdən daha çox ədəbi və dini məsələlərlə gündəmə gəlməyə çalışır.

Siyasətçilər soyuqqanlı, təmkinli, səbrli və daxili düşüncələrini zahirə çıxarmamalıdırlar. Hətta düşünürük ki, özünə qarşı gözlərinin qarşısında sui-qəsd olsa belə, siyasətçi bunu daş kimi bərk, buz parçası soyuqluğunda saxlamalıdır. Bir növ siyasətçi insan tipinin ən sərt amorf halı olmalıdır. Ümumilikdə isə, insanlar tərəfindən qəbul edilmiş bir tərif var ki, siyasətdə az səmimiyyət, çox soyuqluq məqbuldur. Bizim dağıdıcı müxalifət partiyalarının sədrləri bütün üstün keyfiyyətlərdən məhrumdurlar. Çünki spesifik siyasi addımlarla, eləcə də, xarakterik xüsusiyyətlərlə lider kimi tanına və insanları buna inandıra bilmirlər.

Samir

Digər xəbərlər