PDF Oxu

Siyasət

  • 2 792

YAP dünənin, bu günün, sabahın partiyasıdır - ŞƏRH

YAP dünənin, bu günün, sabahın partiyasıdır - ŞƏRH

YAP dünənin, bu günün, sabahın partiyasıdır. 1992-cı il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi müasir tariximizin şərəfli səhifəsidir.Azərbaycan müstəqillik qazanandan sonra bir sıra çətinliklərlə qarşılaşdı. Bir tərəfdən ictimai-siyasi formasiyanın dəyişməsi, bir tərəfdən Ermənistanın Respublikamıza qarşı ərazi iddiaları və təcavüzü, bir tərəfdən isə mövcud rəhbərliyin səriştəsizliyi və təcrübəsizliyi xalqımızı çıxılmaz vəziyyətə qoymuşdu. Ulu Öndər o zaman sovetlər birliyində yüksək vəzifədən qərəzliklə, haqsızcasına çıxarılandan sonra Bakıya pənah gətirmişdi. Lakin o zamankı rəhbərliyin qısqanclığı səbəbindən əsassız olaraq hakimiyyətləri üçün təhlükə duyduqlarına görə Heydər Əliyevin Bakıda fəaliyyətinə, yaşamasına imkan verilmədi. Bu zaman o Naxçıvana getdi və xalqın iradəsi ilə 1991-ci il sentyabrında Naxçıvan Ali Məclisinin Sədri seşildi. Naxçıvanda olduğu zaman Ulu Öndər müdrikliyi, siyasi bacarığı sayəsində xalqı düşdüyü problemlərdən xilas edə bildi. O zaman qonşu ölkələrlə münasibətlər quran Ulu Öndər blokada şəraitində yaşayan Naxçıvan camaatının problemləri ilə uğurla məşğul olurdu. Çox çəkmədi 1992-ci ilin mayında AXC -Müsavat cütlüyü hakimiyyəti ələ aldı. Bu dövrdə hakimiyyətin səriştəsizliyi, kadr siyasətində səhvlər, iqtisadi və siyasi sahədə sabitsizlik, cəbhədə uğursuzluqlar daha qabarıq özünü göstərir, xalqın səbrini daşdırırdı. Belə bir şəraitdə 91 ziyalı 1992 ci il oktyabrın 16 da “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərə “Heydər bəyi biz çağırmalıyıq” adlı müraciət ünvanladılar. Bu tarixi sənəddə ölkəni yaranmış ağır durumdan çıxarmaq üçün xalqın məhz onun başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapdı. Ümummilli Lider bu çağırışa oktyabrın 24-də cavab verdi. O öz cavabında yaranmış mövcud ictimai-siyasi durumu ciddi təhlil etdi və vəziyyətdən çıxış yollarını göstərdi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətə əsaslandığını, onun fəaliyyətində fəali iştirak etməyə hazır olduğunu bildirdi. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il 21 noyabr Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən 550 nəfərin iştiraki ilə keçirilmişdir. Təsis konfransında YAP-ın yaradılması haqqında qərar, partiyanın proqramı, nizamnaməsi qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Daha sonra partiyanın Siyasi şurası, İdarə heyəti, sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiya qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi.Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Yarandığı gündən etibarən ümumxalq partiyasına çevrilmiş, şərəfli, uğurlu yol keçmişdir. Partiya ideyasının əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq vətəndaş həmrəyliyi, sosial ədalət prinsipi Y AP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyini və ideya bazasını şərtləndirmiş oldu.YAP Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyasını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.Partiyanın VII qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmuşdur. YAP Cənubi Qafqazda ən böyük siyasi qüvvədir. 5 mart 2021-ci ildə keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərara əsasən 40 nəfər idarə heyəti, 13 nəfər Təftiş Komissiyası, 35 nəfər veteranlar şurası seçilib. Hazırda Partiyanın 800 minə yaxın üzvü var. Yeni Azərbaycan Partiyası öz təşəbbüsü ilə partiyalararası siyasi dialoqu stimullaşdırır. VII qurultayda qəbul edilmiş qərarlar hakim partiyanın “iqtidar-xalq”modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını göstərir.Prezident seçkilərindən sonra ərazi bütövlüyünün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Yeni Azərbaycan Partiyası qarşıya qoyulan məqsədlərə uğurla əməl edib. 44 günlük zəfər yürüşü, torpaqlarımızın azad edilməsi, azad edilən ərazilərdə başlanan quruculuq işləri Azərbaycan iqtidarının bütün islahatları ardıcıl həyata keçirilməsinin sübutudur. Partiyanın yeni proqramında siyasi dəyərlər və prinsiplər aşağıdakı qaydada müəyyənləşib:Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq.

26 №li məktəbin tarix müəllimi
Elçin Əliyev Əli oğlu

Digər xəbərlər