PDF Oxu

Siyasət

  • 2 537

Ermənistan hələ də üçtərəfli bəyanatın müddəalarına əməl etmir ŞƏRH

Ermənistan hələ də üçtərəfli bəyanatın müddəalarına əməl etmir ŞƏRH

2020-ci ilin noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə bəyanatın imzalanmasından 2 il ötür. Əslində, 9 bənddən ibarət olan həmin bəyanat Ermənistanın kapitulyasıyasını təsdiq edən rəsmi sənəddir. Ötən müddət ərzində Ermənistan bəyanatın bəzi müddəalarına əməl etsə də, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının açılmasını özündə əks etdirən 9-cu maddə icra edilməmiş qalır. Ermənistan ciddi cəhdlə Şərqi Zəngəzur dəhlizinin açılmasına maneçilik törədir.Azərbaycan Prezidentinin diplomatik səviyyədə apardığı genişmiqyaslı danışıqlara rəğmən hələ də Ermənistan xarici havadarlarına arxalanaraq sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiya və demorkasiyası sahəsində heç bir əməli addım atmamış, təxribatlar törətməkdə davam etmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi və tez-tez silahlı insidentlər törətməsi cari ilin sentyabr ayının 12-14 tarixlərində yeni silahlı toqquşmanın baş verməsinə gətirib çıxardı. Nəticədə Ermənistan ağır itkilərlə üzləşərək növbəti dəfə “dəmir yumruğ”un dadını gördü. Bundan sonra Ermənistan bir daha başa düşdü ki, etdiyi cəhdlər əbəsdir, güclü Azərbaycan Ordusunun qarşısında onlar acizdir. Sülh müqaviləsinin bağlanması istiqamətində gedən proseslər yekunlaşmağa yaxın olduğu bir məqamda bəzi dövlətlərin, xüsusən Fransa Prezidentii Makronun məsələyə qeyri-obyektiv müdaxiləsi nəticəsində danışıqlar prosesi yenidən pozuldu. Onu da qeyd etmək lazımdır ki, sülh müqaviləsinin bağlanmasına əngəl yaradanlardan biri də müsəlman ölkəsi olan, əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil edən İran İslam Respublikasıdır. Molla rejimi bu ölkədə insan hüquq və azadlıqlarını tamamilə tapdalayır, insanları qorxu və təlaş içərisində yaşamağa vadar edir. İranda baş verən vətəndaş itaətsizliyi əslində xalqın bu ölkədə hökm sürən despotik rejimə qarşı üsyanıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Əslində, bu bəyanat Müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirməyən məğlub bir ölkənin işğalçı siyasətinin sonu demək idi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi “bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Lakin hadisələrin gedişi göstərdi ki, Ermənistan öz vədinə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, Azərbaycanın səbri sonsuz deyil. Ermənistan başa düşməlidir ki, danışıqlar masasında xoşluqla sülh müqaviləsinə imza etməsə, növbəti dəfə kapitulyasiya aktına imza atmalı olacaq!

Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər