PDF Oxu

Siyasət

  • 4 499

1992-ci il 21 noyabr YAP-ın təsisi - ŞƏRH

1992-ci il 21 noyabr YAP-ın təsisi - ŞƏRH

Tariximizə nəzər salsaq, zəfər dolu bir tarixə malik olan ulu xalqımızın ta qədim dövrdən azadlıq və müstəqillik uğrunda daim mübarizə apardığını, çarpışdığını görərik. Bu xalq, bu millət tarix boyu yadelli işğalçıların təcavüzünə məruz qaldığına baxmayaraq əzmkarlığı, möhkəm iradəsi ilə qələbə qazanmış və azadlığı əldə saxlamağa çalışmışdır.Beləliklə, müstəqillik, azadlıq uğrunda mübarizə aparan Azərbaycan xalqı 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqdə ilk müsəlman dövlətini – özünün hüquqi dövlətini yaratdı. Bu dövlətin, yəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranması nəinki Şərqdə - müsəlman aləmində, həmçinin bütün dünyada bir yenilik, bir çevriliş oldu. Lakin böyük dövlətlərin təhdidlərinə, təcavüzlərinə tab gətirməyərək 23 aydan sonra AXC süqut etdi. Müstəqil dövlətimizin süqut etməsinə baxmayaraq millətimiz sübut etdi ki, biz varıq, mübarizə aparırıq və qalib gələcəyik.AXC-nin süqutundan 70 il keçməsinə baxmayaraq daim ürəyi azadlıq ruhu ilə döyünən Azərbaycan xalqı, nəhayət, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və bu müstəqilliyi əbədi olaraq yaşatmağa nail oldu.1991-ci ildə müstəqilliyimizin bərpası böyük bir siyasi və iqtisadi böhran dövrünə təsadüf etdi. Belə qarışıq bir şəraitdə gən bir dövlətin ayaq üstə qalmağı, inkişafa doğru addımlamağı çox çətin idi. Həm də nankor, bədnam qonşularımızın sərhəd bölgələrdə, Qarabağda millətimizə qarşı törətdikləri terror faktları da müstəqilliyimizə əngəl törədirdi.1992-ci il noyabrın 21-də yeni yaranmış, gənc respublikamızda çox əlamətdar və tarixi bir hadisə baş verdi. Bəli, Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcək bir hadisə - Yeni Azərbaycan Partiyasının yaranması və bu hadisəni zəruri edən səbəblər. 91 nəfər ziyalının Heydər Əliyevə 16 oktyabr 1992-ci il tarixli müraciəti də bu zəruri səbəblərin nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni belə çətin vəziyyətdən, böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevə müraciət etdilər və Heydər Əliyev Şəxsiyyəti ətrafında birləşdilər.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu tarixi hadisə yeni yaranmış müstəqil, gənc dövlətimiz üçün dönüş nöqtəsi oldu. Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri çox ağır və faciəli illəri idi. 1992-ci ilin ortalarında hakimiyyətə gələn yeni iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Həmçinin biz müharibə şəraitində yaşayırdıq və cəbhədəki hərbi uğursuzluq da cəmiyyəti çox çaşdırmışdı.Bu dövrdə Qarabağ və ətraf rayonları-ən əsas da Şuşa və Laçının işğala məruz qalması xalq üçün böyük faciə idi. O vaxtkı iqtidarın bacarıqsızlığı, xəyanəti nəticəsində, eyni zamanda ölkədə gedən xoşagəlməz prosseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik, demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu və müstəqilliyimiz əldən gedirdi. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalıları, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək YAP-nın yaradılması haqqında qərara gəlmişdilər. Təbii ki, cəmiyyətimizdə baş verən bu xaoslar yeni bir partiyanın yaranmasının zəruri səbəbləri idi.Bəli, 91 ziyalının müraciəti və Heydər Əliyevin rəhbərliyi ilə YAP yaradıldı. YAP Azərbaycan xalqının, tarixinin keşməkeşli, son dərəcə ağır günlərində, ölkənin ciddi və çətin sınağlara məruz qaldığı bir dövrdə yaranmışdır.Azərbaycanın ən yeni tarixinə “91-lər”-in müraciəti kimi daxil olmuş sənəd bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”-in cəsarətli addımları nəticəsində dağıdıcı prosseslərin qarşısı alındı.Görkəmli ziyalıların, nüfuzlu şəxslərin imzaladıqları müraciətdə Heydər Əliyevin yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi xahiş olundu və Ulu Öndərimiz xalqının bu xahişini böyük məmnuniyyətlə qəbul etdi.Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Buna səbəb o vaxtkı iqtidarın tədbirin Bakıda keçirilməsinə imkan yaratmaması idi. Beləliklə, YAP təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Konfransda Azərbaycanın bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət təşəbbüs qrupu iştirak etdi və partiyanın yaradılması haqqında qərar qəbul edildi. Partiyanın Proqram və Nizamnaməsi təstiq olundu. Xalqın istəyi nəzərə alınaraq konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiya sədrinin müavinləri, Siyasi Şurası, İdarə Heyyəti də seçildi.Belə çətin bir dövrdə heç bir maneəni nəzərə almadan, öz üzərinə böyük bir tarixi missianı götüən YAP yaradıldı. Partiyamızın ideyaları, Ulu Öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu qısa müddətdə YAP-ı ümumxalq partiyasına çevirmişdi.Bəli, yarandığı gündən partiyamız çox böyük şərəfli və uğurlu yol keçmişdir və bu yolu davam etməkdədir. Heydər Əliyevin də dediyi kimi “dünənin, bu günün və sabahın partiyasıdır-YAP”.

Heydər Əliyevin yaratdığı YAP qısa müddət ərzində cəmiyyətimizdə böyük nüfuz qazanmış və aparıcı bir partiyaya çevrilmişdi. Buna səbəb Ulu Öndərin xalq arasında yürütdüyü siyasət və nüfuzu idi. Qısa müddət ərzində xalq arasında nüfuz qazanmış, ümumxalq partiyasına çevrilmiş YAP ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Təsadüfi deyildir ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyev oldu. O zaman xalqın istəyi və tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və ölkəmiz inkişaf yoluna qədəm qoydu, bu günə qədər də Azərbaycan yalnız və yalnız bu inkişaf yolu ilə gedir.YAP-ın qarşısında duran əsas vəzifələr müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləridir. Bu prinsiplər Azərbaycanın siyasi gələcəyinin ideya bazasını şərtləndirmiş olur və bunlar partiyanın perspektivliyini təmin edən ideoloji amillərdir. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərirdi. Xalqına sadiq olan vətəndaşların partiyası Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən, xalqını sevən partiyadır.YAP-ın yaradılması Azərbaycanda siyasi sistemin yaradılması idi. Məhz bu partiyanın rəhbərliyi ilə bizim həm daxili, həm də xarici siyasətimiz təyin edildi və nəhayət ki, xarici siyasətimiz məqsədyönlü siyasətə çevrildi və bu gün də bu siyasət davam etməkdədir. Həmin illərdə keçirilmiş vacib islahatlar ölkəmizin inkişafına xidmət göstərir, həm demokratik siyasi islahatların dərinləşməsi, həm də iqtisadi islahatlar, demək olar ki, bu günkü Azərbaycan reallıqlarını şərtləndirir.YAP-ın siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks səda yaratdı və cəmiyyət tərəfindən dəstəkləndi. YAP bu ideyaları indiki dövrdə də təbliğ edir və bütün siyasi mübarizələri sivil qaydalarla aparır, bütün siyasi məsələlərdə daim qələbə qazanır.YAP tarixi inkişaf dövründə yeni mərhələlər keçmiş və bir sıra qərarlar qəbul etmişdir. Belə mərhələlərdən biri də 2021-ci il martın 5-də keçirilmiş YAP-ın 7-ci qurultayı idi. 7-ci qurultayın keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə oldu. Bu qurultayda qəbul edilmiş qərara əsasən YAP-ın yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyyəti, 13 nəfərdən ibarə Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təstiq edildi. YAP-ın 773770 üzvü vardır. YAP bir partiya olaraq öz daxili siyasətini, həm də xarici siyasətini adekvat olaraq qurur.YAP beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxlamağa qadirdir. Partiya dövlətin siyasi prioritetlərini və beynəlxalq əməkdaşlıq vektorunu milli maraqlar əsasında müəyyən edir. Azərbaycanın beynəlxalq müstəvidə fəal mövqeyi və qlobal təşəbbüsü dövlətimizə çoxlu tərəfdaş qazandırmışdır.YAP həm də öz təşəbbüsləri sayəsində siyasi dialoqun inkişafını dövlət siyasətinin fəaliyyəti istiqamətində aparır. Bu təşəbbüslər sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır və ölkədaxili aparılan siyasi dialoq YAP-ın təşəbbüsləri ilə zənginləşir və inkişaf edir.7-ci qurultayda qəbul olunmuş əsas qərarlardan biri də milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Bu qurultayda və sonrakı mərhələlərdə YAP-ın və ölkə başçısının bəyan etdikləri proqram ardıcıl icra edilir.YAP-ın yeni Proqramı partiyanın İdarə Heyyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq olundu. Proqramda 5 fəsil və YAP-ın siyasi dəyərlər və prinsiplər sistemini müəyyənləşdirən 10 strateji istiqaməti müəyyən olundu.Bütün bu məqsədlərimizə nail olmaq üçün həmişəki kimi cəmiyyətimiz bir nöqtəyə vurmalı və cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşməliyik.

Nəzakət Həmidova
Xəzər rayonu 149 №li məktəbin müəllimi

Digər xəbərlər