PDF Oxu

Siyasət

  • 3 296

Yasamalda YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Yasamalda YAP-ın 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “H.Cavid pr. 25” (Azərbaycan Texniki Universiteti) ünvanı üzrə ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Anar İsgəndərov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “A“H.Cavid pr. 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev, ərazi üzrə partiyanın üzvləri, universitetin professor-müəllim heyəti vətələbələr iştirak edib. Tədbirin rəsmi hissəsində Azərbaycan Texniki Universitetində yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.İştirakçıları salamlayaraq tədbiri açıq elan “YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirin baş tutmasının əsas səbəbinin qarşıdan gələn Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edərək bildirdi ki, ümumilli lider Heydər Əliyevin dərin zəkası və siyasi iradəsinin təcəssümü olan Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır.Bu gün Partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. Çıxışına davam edən B.Nəbiyev qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir.Çıxışının sonunda B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə Partiyamıza üzv olan bütün əməkdaşları təbrik etdi.Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək ümummilli lider Heyər Əliyevin siyasi strategiyası və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının əvəzsiz rolu olduğunu söylədi. Dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Qeyd olundu ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davam etdirilməsi ölkəmizi daha da parlaq gələcəyə aparacaq və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək. Həmçinin ölkəmizin qazandığı uğurların iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi olduğu nəzərə çatdırıldı.Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Anar İsgəndərov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən YAP bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilib.Tədbirinin sonunda ərazi üzrə partiyaya üzv olan bir qrup şəxsə ictimai-siyasi fəaliyyətə görə fəxri fərmanlar təqdim olunub.

Nəzakət

Digər xəbərlər