PDF Oxu

Siyasət

  • 4 187

YAP - xilaskarlıq missiyası üçün yaradılmış partiya TƏHLİL

YAP - xilaskarlıq missiyası üçün yaradılmış partiya TƏHLİL

Nəzəri yanaşmalardan yaxşı məlumdur ki, müasir cəmiyyətin elə bir siyasi institutudur ki, vətəndaşlar məhz onun vasitəsilə özlərinin siyasi hüquq və azadlıqlarını reallaşdırırlar, sosial qruplar öz maraqlarını artikulyasiya edirlər və s. Ötən əsrin 90-cı illərinin başlanöıcında yenicə müstəqil olmuş Azərbaycan Respublikası vətəndaşlarının başlıca istəyi ölkənin müstəqilliyinə, suverenliyinə ciddi təhdid təhlükələr yaradan halların tez bir zamanda aradan qaldırılmasından, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində təsirli addımların atılmasından ibarət idi. Təbii ki, SSRİ-nin süqutundan sonra müstəqilliyinə dağılmış iqtisadiyyatla qovuşan Azərbaycan Respublikasının milli iqtisadi inkişaf strategiyasının müəyyən edilməsi də zəruri vəzifələr içərisində idi. Sözügedən istiqamətlərdə mütəşəkkil, yaxşı koordinasiya olunmuş fəaliyyəti reallaşdırmaq üçün ən uğurlu platforma kimi Yeni Azərbaycan Partiyasının yaradılması müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında məhz YAP olduqca mürəkkəb tarixi mərhələdə yenicə müstəqil olmuş Azərbaycan Respublikasının vətəndaşlarının dövlətçiliyimiz və xalqın rifahı ilə bağlı maraqlarının təmin olunması istiqamətində səmərəli fəaliyyət göstərmək iqtidarında idi. YAP həm də vətəndaş cəmiyyəti quruculuğunun tələblərinə uyğun formalaşdı. Belə ki, ötən əsrin 90-cı illərində Azərbaycan vətəndaşları fərdi maraqları ilə bağlı deyil, əsasən dövlətçilik, ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi maraqları ilə hakimiyyət orqanlarına öz təşəbbüslərini çatdırmaq, həyati vacib məsələlərlə bağlı hakimiyyət orqanlarına təsir etmək imkanlarına malik olmaq istəyirdilər. Bunun üçün isə, hər şeydən öncə, milli maraqlara uyğun fəaliyyət göstərə biləcək liderə və siyasi instituta ehtiyac vardı. Belə lider qismində Azərbaycan xalqı yalnız Ulu Öndər Heydər Əliyevi görürdü. Hələ SSRİ-nin mövcudluğu dövründə Heydər Əliyevin ölkəsi və xalqı yolunda hansı fədakarlıqlara getdiyi haqqında xalqın aydın təsəvvürləri var idi. Malik olduğu böyük idarəçilik təcrübəsi, sarsılmaz iradəsi, hərtərəfli dünyagörüşü sayəsində yalnız Ulu Öndər Heydər Əliyev dövləti və xalqı olduqca çətin tarixi sınaqlardan üzüağ çıxara bilərdi. Bunu yaxşı dərk edən müdrik Azərbaycan xalqı israrla Heydər Əliyevin yenidən ali siyasi hakimiyyətə qayıtmasını istədi. Hər zaman xalqının yanında olan Ulu Öndər sözsüz ki, xalqının çağırışlarına böyük həssaslıqla yanaşdı. Müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasının, sözün əsl mənasında, dövlətçiliyi sual qarşısında idi. Çünki Ermənistanın əsassız ərazi iddiaları və soydaşlarımıza qarşı qanlı soyqırımı həyata keçirməsi, deportasiyaya məruz qoyması, Azərbaycan torpaqlarını işğal etməyə başlaması Azərbaycan dövlətinin gələcəyi ilə bağlı nikbin düşünməyə imkan vermirdi. Bütün bunlar azmış kimi, daxili-siyasi münaqişələr də səngimək bilmirdi. Hakimiyyət hərisliyi, onun uğrunda qeyri-sivil mübarizə digər həlli vacib problemləri yaddan tamam çıxarmışdı. AXC hakimiyyətinin düşünülməmiş xarici siyasi gedişləri olduqca həssas bir məqamda ölkənin durumunu daha da ağırlaşdırırdı. Buna görə də əsl milli qüvvələrin fəaliyyətlərinin, təşəbbüslərinin institusionallaşması olduqca zəruri idi. Yeni Azərbaycan Partiyasının yaradılması bu mənada tarixi sifariş idi. Siyasi partiya bir qayda olaraq, hakimiyyətə gəlmək, hakimiyyətin reallaşdırılmasında iştirak etmək üçün yaradılır. Yeni Azərbaycan Partiyasının yaradılması motivi isə tamam başqa idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP-ın yaradılması və fəaliyyətə başlaması yalnız bir hədəf üçün idi-Azərbaycan dövlətçiliyini və xalqını xilas etmək. Yeni Azərbaycan Partiyasını digər siyasi partiyalardan fərqləndirən başlıca cəhət də elə bu idi. Qeyd etmək lazımdır ki, müasir cəmiyyətlərdə siyasi partiyaların yeri və rolu problemi elmi politoloji və publisist diskursun mərkəzi mövzularından biri olaraq hələ də qalmaqdadır. Demək olar ki, bütün yanaşmalarda siyasi partiyanın təbiəti, missiyası ilə bağlı identik baxışlar mövcuddur. Yuxarıda qeyd etdiyimiz kimi, siyasi hakmiyyət maraqlarının təmin təmin olunması uğrunda mütəşəkkil fəaliyyət göstərmək üçün əsas siyasi institut olaraq siyasi partiya yaradılır. Oxşar siyasi baxışlara malik olan insanlar əksər hallarda fərdi maraqlarını müdafiə etmək və ya reallaşdırmaq üçün siyasi partiya formalaşdırırlar, yaxud onun işində iştirak edirlər. Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək, Yeni Azərbaycan Partiyasını yaradanların isə yalnız milli maraqları var idi. Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycan xalqının təhlükəsizliyi və rifahı haqqında düşünən hər kəs Heydər Əliyevin yanına, Yeni Azərbaycan Partiyasına can atırdı. Ona görə də Yeni Azərbaycan Partiyası yarandığı bir gündən siyasi proseslərin subyektinə çevrildi. Çünki xalq tərəfindən hərtərəfli dəstəyə malik idi. Yəni, artıq qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının yaranması həm yaranmış şəraitin, həm də xalqın tələbi idi. Hakimiyyətdə olanların uğursuz fəaliyyəti, dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ölkəni düşmüş olduğu alduqca ağır vəziyyətdən çıxarmaq iqtidarında deyildi. Sözün əsl mənasında, Azərbaycan dövlətini və xalqını xilas edəcək bir siyasi instituta ehtiyac yaranmışdır. İctimai-siyasi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında bu xilaskarlıq missiyası cəsarətlə öz üzərinə götürdü. YAP 1992-ci il noyabr ayının 21-də yaradıldığı bir gündən öz fəaliyyətini milli maraqlarımız və Azərbaycan xalqının rifahının təmin edilməsi istiqamətində qurdu. YAP dünyada çox nadir partiyalardandır ki, olduqca qısa zaman kəsiyində təşkilatlanmağı bacardı və 1993-cü ildə iqtidar partiyası oldu. Bu, bir daha ona dəlalət edirdi ki, YAP xalq tərəfindən Heydər Əliyev ətrafında birləşmək üçün yaradılmış ümumxalq partiyasıdır. Bu baxımdan da, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanda vətəndaş cəmiyyətinin birbaşa əsası qoyulmuş oldu. Çünki, Yeni Azərbaycan Partiyası platformasında hamının birləşməsi və hakimiyyətlə təmas şəraitində milli maraqlar uğrunda mübarizə aparmaq imkanları yarandı. Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrildiyi çevrildiyi elə ilk günlərdən Azərbaycan xalqı bir daha əmin oldu ki, seçimində yanılmayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP bütün Azərbaycan xalqını öz ətrafında daha sıx birləşdirməyə, milli həmrəyliyi heç vaxt olmadığı qədər möhkəmləndirə bildi. Ölkə qarşısında duran problemləri aradan qaldırmaq üçün hər şeydən öncə daxili siyasi sabitliyi təmin etmək tələb olunurdu. Bunun üçün isə, əsas hərəkətverici amil rolunda xalqın həmrəyliyi çıxış etdirdi. Azərbaycan xalqının birliyi, Ulu Öndər Heydər Əliyevin müdrikliyi qısa zaman kəsiyində milli inkişafın ilkin şərti olan daxili siyasi sabitliyi təmin etməyə imkan verdi. Tarixən dövlətlərin və xalqların siyasi həyatlarının təcrübəsi göstərmişdir ki, istənilən siyasi partiyanın fəaliyyətinin səmərəliliyini şərtləndirən əsas amil onun sosial dəstəyidir. Biz bunu Yeni Azərbaycan Partiyası təcrübəsində daha aydın müşahidə etdik. Belə ki, YAP bütün addımlarında, qərarlarında xalqa spykəndi və xalqdan böyük dəstək aldı. Çünki, Azərbaycan xalqı hər zaman əmin oldu ki, YAP tərəfindən atılan hər addım, verilən hər qərar xalq naminədir. Ona görə də hər ötən il Yeni Azərbaycan Partiyasının sosial bazası daha da genişlənir. Yeni Azərbaycan Partiyasının bu gün Cənubi Qafqaz regionun ən böyük partiyası olması bunu əyani şəkildə bir daha sübut edir. YAP iqtidarının müəyyənləşdirdiyi Azərbaycanın inkişaf strategiyası bütün dövrlər üçün uğur formulu rolunda çıxış etməkdədir. Azərbaycan Respublikasında siyasi sistemin monolit siyasi gücü olan YAP həm də öz çevikliyi ilə səciyyələnir. Nəzərə almaq lazımdır ki, dünyada və regionda davamlı olaraq, müxtəlif xarakterli dəyişikliklər getməkdədir. YAP bu dəyişikliklərə daim çevik və adekvat reaksiya nümayiş etdirərək ölkənin hərtərəfli inkişafına dövrün tələblərinə uyğun yeni elementlər və dinamizm qatıb. Ayrıca olaraq, qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası ölkənin hərtərəfli inkişafını etibarlı təmin etməklə yanaşı, həm də vətəndaşların siyasi iştirakçılıq səviyyəsini də diqqətdə saxlayıb. Belə ki, ümummilli məsələlərin həlli zamanı bütün vətəndaşların iştirakını təmin etmək üçün şərait yaradıb. Bunun ən bariz nümunəsi kimi 1995-ci ildə Konstitusiyanın qəbulu prisesini göstərmək olar. Konstitusiya ümumxalq müzakirəyə təqdim edildi, sonra qəbul olundu. Bununla Yeni Azərbaycan Partiyası müvafiq olaraq, ölkədə siyasi mədəniyyətin inkişafına da böyük töhfə vermiş oldu. Ümumxalq partiyası olan YAP Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi dövründə öz inkişafının yeni keyfiyyət mərhələsinə keçdi. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsini davam etdirərək, onun ideyalarını yeni reallıqların tələblərinə uyğun inkişaf etdirərək Azərbaycan Respublikasını dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirdi. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP iqtidarı Azərbaycan xalqına tarixinin ən böyük qəlbəsini yaşatdı. Vətən müharibəsində işğalçı Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi və torpaqlarımızın otuz illik işğalına son qoyuldu. Bununla da, YAP bir daha nümayiş etdirdi ki, xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü və uğurla yerinə yetirdi.

Elşad Mirbəşir oğlu

YAP İdarə heyətinin üzvü,
Milli Məclisin deputatı,
Siyasi elmlər doktoru, professor

Digər xəbərlər