PDF Oxu

Siyasət

  • 3 217

"Onların dərdi haqq deyil, Türkiyə dövlətini hədəfə almaqdı" - MƏHSA MEHDİLİ

"Onların dərdi haqq deyil, Türkiyə dövlətini hədəfə almaqdı" - MƏHSA MEHDİLİ

"Bildiyimiz kimi, Türkiyə dövləti və AKP hökumətinin illərlə bəzi açılımları oldu. Hətta PKK-nı dağdan endirmək üçün çox ciddi addımlar atdı. Lakin PKK və onun bəzi uzantıları demokratiyanı deyil, terroru seçdilər. PKK-dan Türkiyə əleyhinə istifadə edirlər". Bu sözləri SİA-ya açıqlamasında Ankara Gazi Üniversitesi Uluslararası İlişkiler Doktorantı siyasi şərhçi Məhsa Mehdili deyib.Onun sözlərinə görə, əslində, Türkiyədə çox ciddi açılımlar oldu: "Bundan sonra PKK kürd xalqının haqqı üçün terrora əl atdığını iddia etdi. Məclisdə HDP-yə də tribun verildikdən sonra sui-istifadə halları gördük. Onların dərdi haqq deyil, Türkiyə dövlətini hədəfə almaqdır. Çünki haqqını istəyən, gəlib Məclisdə də istəyə bilir. Amma əgər sən bu demokratiyanı terror üçün istifadə etsən, dövlət də sənə bunun qarşılığını verər".Məhsa Mehdili sözlərinə belə davam edib: "Son terror hadisəsilə bağlı onu deyə bilərəm ki, 2015-2016-cı ildə prezident seçkilərinə az qalmış PKK tərəfindən belə terror törədilmişdi. Yəni, seçki öncəsi onların belə terrorları olur.Taksim kimi insanların sıx olduğu yerdə və bazar günü belə terrorun törədilməsi PKK-nın çox böyük qanlı terror planının olduğunu sübut etdi. Bir neçə ay öncə Mersində polis evinə də PKK hücum etmişdi və bu, əngəllənmişdi. Lakin PKK-nın təkrar insanlıqdankənar terror törətməsi cəmiyyətdə psixoloji travma yaratmağı hədəfləyir.Türkiyədəki partiyaların hamısı terrora qarşı olduqlarını göstərdilər. Yəni, PKK məqsədinə nail ola bilmədi. Vəziyyət daha da ağır nəticələnə bilərdi. Türkiyədə terrora qarşı güclü birlik var".

Ayşən Vəli

Digər xəbərlər