PDF Oxu

Siyasət

  • 2 683

"Əvvəl türkdilli dövlətlərin mədəni birliyi dünyaya səs salırdı, indi isə siyasi birliyi səs salır" - POLİTOLOQ AÇIQLADI

"Əvvəl türkdilli dövlətlərin mədəni birliyi dünyaya səs salırdı, indi isə siyasi birliyi səs salır" - POLİTOLOQ AÇIQLADI

"Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Zirvə görüşü ilk dəfədir ki, "Türk Dövlətləri Təşkilatı" adı ilə keçirilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, bu zirvə görüşü daha öncə türkdilli ölkələrin təşkilatı adı altında da çıxış edirdi: "Amma ən xoş olan bu təşkilatın doğum pasportunda Azərbaycanın qədim torpağı Naxçıvan yazılıb. Yəni 2009-cu ilin oktyabrında Azərbaycanda yaranan təşkilatdır. Bu əsas məqsəd türk dövlətlərini bir araya gətirmək idi. Ötən il İstanbulda adı dəyişdirilərək Türk dövlətləri təşkilatları adlandı. Bu toplantıda ilk dəfə olaraq dövlət başçılarının iştirakı ilə Türk dünyasının adət-ənənələrinə məxsus olan incəsənət nümunələri həm təbliğ olundu, həm də sərgiləndi. Türk dünyasında hazırda 200 milyondan çox insan yaşıyır. Belə hesablasaq, Rusiyada, Çində, Hindistan, Pakistan, Əfqanıstan və. s başqa böyük ölkələrin ərazilərində yaşayan türklərlə bərabər bütün türk dünyasına mesajdır. Türk birliyi həm də idarəetmə mərkəzi kimi artıq gündəmə gəldi".Cümşüd Nuriyev sözlərinə əlavə edərək bildirib ki, uzun müddət dünyaya səs salan türk dünyasının idarəetmə mərkəzi kimi Türk birliyi gündəmə gəldi: "Bu zirvə görüşü, əslində, Türk dünyasını birləşdirmək və qorumaq məqsədi güdür. Əvvəl Türkdilli dövlətlərin daha çox mədəni birliyi dünyaya səs salırdı, indi isə siyasi birliyə çevrilib. Bu, daha sonra düşünürəm ki, hərbi birliyə çevriləcək. Azərbaycan iki il öncə qazandığı qələbədən sonra bölgənin reallığı dəyişdi. Türklər yenidən küllərindən doğdu. Azərbaycan münaqişələrin həll olunması modelini təqdim etdi. Ona görə Azərbaycan regional güclü dövlətdir. Artıq Avropada Türkiyədən sonra öz sözünü deyən dövlətlərindən biridir. Çünki Qazaxıstan və Özbəkistan güclü olsa da, bu dövlətlərdə milli dirçəliş hələ indi başlayıb. Azərbaycanda isə milli dirçəliş daha əvvəl başlandı".

Müəllif: Qönçə Quliyeva

Digər xəbərlər