PDF Oxu

Siyasət

  • 2 173

"Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir" - POLİTOLOQ DANIŞDI

"Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir" - POLİTOLOQ DANIŞDI

“Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir. Rusiyanın Ukraynanın dörd ərazisini özünə birləşdirməklə bağlı həyata keçirdiyi referendumdan sonra artıq bu vilayətlərdən birini Ukrayna ordusu azad edib. Hersonda Ukrayna ordusunun irəliləməsi əhalini kifayət qədər ruhlandırıb, əhval-ruhiyyə, mənəvi və psixoloji hazırlıq yüksək səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Onun sözlərinə görə, bu baxımdan da Ukrayna prezidenti qələbə qazanması ilə bağlı açıqlamalar verir: “Eyni zamanda həm də Rusiyanın geriyə çəkilməsi, Hersonda həyati vacib əhəmiyyətli körpünü partlatması, əraziləri minalaması onu deməyə əsas verir ki, Rusiya artıq müdafiə olunur. Ukrayna tərəfi isə hücuma keçir. Bu hərbi strateji nöqteyi-nəzərdən yerdə olan vəziyyəti özündə əks etdirir.Digər tərəfdən Ukraynaya informasiya sahəsində maliyyə yardımları mənəvi dəstək formasında Qərbin köməkliyi ilə özünü geniş şəkildə göstərir. Ukrayna həm də bu emosional ruhun yüksəkliyi fonunda irəliləməkdə davam edir. Eyni zamanda Rusiyanın qismən səfərbərliklə bağlı həyata keçirdiyi fəaliyyətin nəticəsi də hiss olunmur. Rusiya əgər burada ətdən divar hörməyi fikirləşirdisə, Ukrayna tərəfi görünür ki, buna da hazırlıqlı idi. Məhz bu baxımdan Zelenski əldə olunan uğurları qələbə adlandırır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər