PDF Oxu

Siyasət

  • 8 813

“Bu qətnaməni də özündən əvvəlkinin taleyi gözləyir” AÇIQLAMA

“Bu qətnaməni də özündən əvvəlkinin taleyi gözləyir” AÇIQLAMA

“Gözlənildiyi kimi, Fransa Senatı Azərbaycan əleyhinə növbəti qətnamə qəbul etdi. İki il əvvəl olduğu kimi, bu dəfə də qətnamənin əleyhinə yalnız bir senator səs verdi”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.Partiya sədrinin sözlərinə görə, Yelisey sarayının “xeyir-duası” ilə qəbul olunmuş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlanan bu bədnam qətnamə Xarici İşlər Nazirliyimizin bildirdiyi kimi, “tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir: “Qətnamədə "Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsini", "Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin, bütün erməni hərbi əsirlərin qaytarılmasını", "Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməsini", Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını tələb etdikdən sonra senatorlar Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamağı təklif ediblər. Yəni, bu üzdəniraq “qanunvericilər” ümid edirlər ki, Azərbaycan bundan sonra da Fransa prezidentinin təklikdə, yaxud Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlara “soxulmaqla” “vasitəçilik” etməsinə imkan verəcək. Fransa prezidenti E.Makron bundan sonra da “tərəfsizliyi” barədə nağıllar uyduracaq. Təbii ki, bu baş verməyəcək və Azərbaycan prezidenti Fransa prezidentinin hər hansı formada vasitəçilik etməsi ilə razılaşmayacaq, onun hər hansı formada iştirak etdiyi “danışıqlarda” yer almayacaq. İki il əvvəl Yelisey sarayının xeyir-duası ilə qəbul olunan və hökumətdən Qarabağın müstəqilliyini tanımağı tələb edən qətnamə Fransa Xarici İşlər Nazirliyi tərəfindən zərərli sayılaraq icra olunmamışdı. Nazirliyin rəsmi nümayəndəsi açıq şəkildə bildirmişdi ki, bu qərarın qəbulu “Fransanın və Ermənistanın maraqlarına xidmət etmir”. Ancaq nədənsə bunu əvvəlcədən bilə-bilə layihənin Senatda müzakirəsinə razılıq vermişdilər. Görünür, düşünmüşdülər ki, qətnamənin qəbulu dünya ictimai rəyinə təsir edər və bəlkə Qarabağın müstəqilliyini digər dövlətlər tanıyarlar və Fransanın qabağa düşməsinə ehtiyac qalmaz. Onların gümanları doğru çıxmadı və qəbul olunan qətnamə əhəmiyyətsiz “kağız parçası”ndan başqa bir şey ola bilmədi. Bu qətnaməni də özündən əvvəlkinin taleyi gözləyir və o da Fransa Senatının dayanmadan “istehsal etdiyi” mənasız sənədlər içərisində öz “şərəfli” yerini tutacaq. Planlaşdırılan zərbə isə Azərbaycana deyil, Fransanın “beynəlxalq nüfuzuna” dəyəcək və onun Azərbaycan-Ermənistan danışıqlarında yer almaq imkanlarını heçə endirəcək”.

Müəllif: Gülyana

Digər xəbərlər