Axı ətir deyəndə Fransa, unitaz deyəndə isə Ermənistan yada düşür
Beləliklə, Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə qəbul olundu və sonrakı proseslərdə Bakının hansı addımlara gedəcəyi də əlbəttə ki, məlum olacaq. Məsələn, məlum olacaq ki, fransız ermənipərəst deputatlarının qondarma “dqr”i tanımaq, Qarabağda “humanitar ofis” açmaq kimi həyasızlıqları üzərindən Azərbaycan Ordusu “Dəmir yumruq 2” adlı fəaliyyət planını hansı anda realizə edəcək. Bu, təbii ki, son anda qəbul ediləcək mümkün ehtimaldır və belə davam edərsə, həmin ehtimallar reallığa çevriləcək, özü də mütləq, buna isə kimsənin şübhəsi olmasın!
Azərbaycanın icazəsi olmadan hansısa başqa bir ölkənin burada “ofis”, “büro” açmaq qərarı artıq bütün qırmızı cizgiləri keçmək anlamını daşıyır
Başqa tərəfdən, ortada Laçında nəzarət buraxılış məntəqəsinin qurulması mümkünlüyü mövcuddur. Yəni fransız ermənipərəstlərinin sözügedən həyasızlıqlarına qarşı bu addımın atılması da zərurətə çevrilib. Azərbaycanın icazəsi olmadan hansısa başqa bir ölkənin burada “ofis”, “büro” açmaq qərarı artıq bütün qırmızı cizgiləri keçmək anlamını daşıyır.Bütün bunlardan sonra Rusiya sülhməramlıları kontingentinin də Xankəndidə və digər ərazilərdə qalma ehtimalları sıfıra düşür və belə olan halda qoy Moskva fransız deputatların onlara yaşatdığı bu problemi Parislə özü aydınlaşdırsın!
Sözü iki il bundan əvvəl olduğu kimi, məhz Azərbaycan deyəcək, hazırlaşsınlar...
Ancaq fakt budur ki, Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə onilliklər boyu Qarabağ münaqişəsini özləri üçün yem hesab edən dairələrin maraqları üzərindən çarpaz xətlər çəkir. Həmin dairələrin ki, “erməni layihəsi” üzərindən öz məqsədlərini həyata keçirməklə Azərbaycana qarşı çıxırdılar.Rusiya kifayət qədər zəifləyib və indi “erməni layihəsinə” tərəf ABŞ, Fransa, İran, hətta Hindistan belə dörd gözlə baxırlar. Hələlik isə fransızlar ən həyasız və incə kombinasiyaları vasitəsi ilə öz maraqlarını erməni tərəfi ilə bölüşürlər. Nə deyirik, bölüşsünlər, amma...
Amma bütün bunlardan sonra inanın ki, sözü heç kim demir və deməyəcək, sözü iki il bundan əvvəl olduğu kimi, məhz Azərbaycan deyəcək, hazırlaşsınlar...
Sonrakı məqamlardakı məqsəd isə təxminən bu cürdür...
Əslində, Fransa senatının qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ermənilərə futbol oyununda olduğu kimi, ötürülmüş pasdır. Yəni ermənilər həm müəyyən olunmamış sərhədlərdə, həm də Qarabağda təxribatlara başlayacaqlar. Məqsəd isə Azərbaycandan verilən sərt, amansız cavabı almaqdır. Elə sanırlar ki, bu cavab olmayacaq, fəqət yenə də yanılırlar, olacaq, özü də necə!Məhz sonrakı məqamlardakı məqsəd isə təxminən bu cürdür: bu və ya digər şəkildə sarsıdıcı cavab verildikdən sonra Azərbaycanın həmin addımlarını Avropa İttifaqına, BMT-nin Təhlükəsizlik Şurasına, Dövlət Departamentinə, daha nə bilim haralarasa təqdim etmək, Bakının fəaliyyətini öz təbirlərincə “paralizə” etmək (?!)Təbii ki, onlar yanlış düşünürlər. Tezliklə, özü də lap tezliklə Azərbaycan bütün bu oyunbazlıqlara qarşı öz cavabını nəinki sözdə, eləcə də əməli qaydada. Hələlik isə, fransız ətirlərini unitazlara tökmək zamanıdır. Çəkinməyin, tökün onları unitazlara, üzərindən də su buraxın ki, üzdə xoş qoxu verən həmin ətirlərdən gələn erməni qatqısı ətrafa yayılıb ürəkləri bulandırmasın. Axı ətir deyəndə Fransa, unitaz deyəndə isə Ermənistan yada düşür. Öz aramızdır, necə də bir-biri ilə uzlaşan bir haldır, deyilmi?
Rövşən RƏSULOV