PDF Oxu

Siyasət

  • 2 486

Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın rolu

Türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın rolu

Azərbaycan daim Türk düyasının birliyinə çalışıb və mühüm töhfələr verib. 2009-cu ildə Naxçıvanda keşirilən Zirvə Görüşündə təsis edilən Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın qədim şəhəri Səmərqənddə keçirilən Zirvə Görüşündə vurğuladığı kimi, Türk Dünyası bir birinin milli maraqlarını nəzərə alaraq bundan sonrada da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat energetika, rəqəmsal, transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi,kimi sahələrdə də əməkdaşlığın fəal şəkildə davam etdirilməsi də gündəlikdə duran ən aktual məsələ kimi göstərilib.Türkiyə ilə Azərbaycan arasında 2021-ci ilin iyulunda imzalanan Şuşa Bəyannaməsi bu yolda mühüm addımdır. Azərbaycan ilə Türkiyənin timsalında Türk birliyi mühüm bir yola qədəm qoyub. Bu addımlar daha da genişləndirilməlidir.Prezident İlham Əliyev də öz çıxışında mühüm məsələyə bir daha toxunaraq bildirdi ki,Türk dünyası təkcə mütəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.Həqiqətən də gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbayacn dövlətinin hüdüdlarından yaşayan 40 milyon azərbnaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.Bəzi ölkələrin bu məsələdə tutduqları mövqe anlaşılmazdı və Azərbaycanın bu probleminin həlli ilə bağlı ortaya qoyduğu qətiyyət diqqətəlayiqdir. Azərbayacn dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.2009-cu il Naxşıvan görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. 13 il əvvəl Azərbaycan Respublikasının Prezidenti şuranın toplantısında çağırış edərək bəyan etmişdir ki, türkdilli xalqlar, ölkələr arasındabirlik daha da güclənməlidir. Çünki bu, bizim tarixi köklərimiz olmaqla yanaşı həm də bugünki vəziyyətin reallıqlarıdır.Azərbaycan Respublikasının Prezidentinin bu yanaşmasının nə qədər dəqiq və uzaqgörən olduğu bu gün bir daha təsdiqini tapdı. Şura təşkilata çevrildi, Prezident İlham Əliyevin də söylədiyi kimi, türk dünyasının vahid mövqedən çıxış etməsi labüd oldu. Bu gün biz türkdilli ölkələrin dünya miqyasında böyük gücə çevrilməsinin şahidiyik.Prezident İlham Əliyev Səmərqənd zirvəsində bir daha bəyan etdi ki ,200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən Türk dünyası bir ailədir.Dövlət başçısı İlham Əliyev Özbəkistana bundan əvvəlki səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Fəxri qonaq qismində iştirak etmişdir.Bu dəvət qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı ,prezidentlərin şəxsi münasibətlərinə, etimadlarına işıq saldı.Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi hər iki görüşdə Azərbaycanın bu günlərdə tarixi Zəfərinin ikinci ilini qeyd etməsi önə çəkilərək dövlət başçısı İlham Əliyevə təbriklərlə yanaşı yüksək tribunalardan Azərbaycanın işğal dövrü ilə yanaşı, 44 günlük İkinçi Qarabağ müharibəsi, həmçinin postmünaqişə mərhələsinin reallıqları da dünya ictimaiyyətinə çatdırıldı. Zirvə Görüşündə “İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik.Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, 30 illik işğal bitsə də, onun ağır fəsadları qalmaqdadır .Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən dağıdılıb.Hazırda bu ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır.Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasında başlanılıb.Çıxışının sonunda Prezident İlham Əliyev Özbəkistanı bu Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə təbrik etmiş, türk dünyası xalqlarına sülh, rifah xoşbəxtlik arzulaşmışdır.

Aliyə Orucova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər