PDF Oxu

Siyasət

  • 2 285

"Ölkəmizin inkişaf prosesində qadınların rolu"

"Ölkəmizin inkişaf prosesində qadınların rolu"

YAP Qusar rayon təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsini davam etdirir.Növbəti tədbir isə Qusar rayon Heydər Əliyev Mərkəzində partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların iştirakı ilə keçirildi."Ölkəmizin inkişaf prosesində qadınların rolu"mövzusunda keçirilən konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınl fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad etdilər.Konfransda YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova məruzə ilə çıxış edərək bildirdi ki,Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının,tərəqqi və inkişaf yoluna cıxmasının bünövrəsi qoyuldu.Partiyanın həyatında qadın amilinin vacibliyinə toxunaraq Heydər Əliyevin əsasını qoyduğu Dövlət qadın siyasəti,Yeni Azərbaycan Partiyasının yüksəlişində ölkə qadınlarının iştirakı,YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim və bir qadın olaraq dövlət idarəçiliyindəki uğurlarından danışdı.Daha sonra YAP Qusar rayon təşkilatının yaranmasında əməyi olan veteran xanımlar Maya Pirverdiyeva, Zalikə Xasmətova, Zərifə Məmmədova partiyanın yarandığı dövrdə yaşadıqları çətinliklərdən bəhs edərək,dahi şəxsiyyət Heydər Əliyev ilə YAP Qadınlar Şurasının ilk qurultayında yaşanan təəssüratlarını bölüşdülər.Ölkəmizdə qadın sahibkarlığına dövlət dəstəyi,yerli özünüidarəetmə sahəsində qadınların bu günkü mövqeyi haqqında çıxış edən Mucuq kənd bələdiyyəsinin sədri Tahirə Kazımova, fəal partiya üzvü Kamilə Nəcəfova,sahibkarlıq fəaliyyəti ilə məşğul olan Jalə Əmirbəyova respublikamızda prezident İlham Əliyev tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan danışdılar.Konfransda YAP sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olundu.Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

yap.org.az

Digər xəbərlər