Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan türk dünyasının bir parçası kimi türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsində hər zaman fəal iştirak edib. Dövlət başçımız Türk Dövlətləri Birliyinin güclənməsinə mühüm töhfələr verir.Həyata keçirilən xarici siyasət kursu sayəsində türkdilli dövlətlərin birliyinə üzv ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir.Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfər edib.Noyabrın 11-də Səmərqənddə keçirilən TDT-nin IX Zirvə Görüşü və prezident İlham Əliyevin çıxışı, toxunduğu vacib məqamlar mühüm əhəmiyyət kəsb etdi. Zirvə Görüşündə dövlətimizin başçısı vacib məsələlərə toxunmaqla yanaşı, həm də ciddi mesajlar verdi.Səmərqənd Zirvə Görüşü Türk dünyasının tarixi uğuru hesab edilir. Heç şübhəsiz ki, bu Zirvə Görüşü Cənubi Qafqaz və eləcə də Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına mühüm təsir göstərəcəkdir. Azərbaycanın hər zaman türk dünyası ilə sıx ünsiyyət qurduğunu və bu gün də TDT-yə üzv ölkələrlə əlaqələrə böyük önəm verdiyini qeyd edən cənab prezident Təşkilatın 2009-cu ildən Naxçıvan Zirvə Görüşündən başlayaraq böyük inkişaf yolu keçdiyini vurğuladı. Prezidentin dərin təhlil və sistemli hədəflərini sərgiləyən tarixi çıxışında diqqəti çəkən ən vacib məqam 200 miliyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının bundan sonra da bu birliyin daha da güclənməsində böyük rol oynayacağını əks etdirdi.Dövlət başçımızın vurğuladığı kimi, bu birlik böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik üzv ölkələrlə əlaqələrin daha da güclənməsində əsaslı rol oynayacaqdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonrada Türk dünyası birliyi amallarına sadiq qalacaqdır. Azərbaycan liderinin “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir” ifadəsi isə özlüyündə böyük ideoloji amil kəsb etdi. Bəli, Türk dünyası çox geniş coğrafi arealı əhatə edir və bu arealda bütün soydaşlarımızın həyat şəraiti Türk Dövlətləri Təşkilatının daim diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə ölkə başçımız xüsusi ilə qeyd etmişdir ki, “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”. Burada ən vacib məsələlərdən biri odur ki, soydaşlarımız yaşadıqları digər ölkələrdə öz ana dillərində təhsil almaq imkanlarına sahib olmalıdırlar. Ancaq əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 miliyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Əminik ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaq hüquqlarının təmin olunması məsələsi daim təşkilatın gündəmində olacaqdır.Prezident cənab İlham Əliyev Vətən Müharibəsində qazandığımız tarixi qələbə və onun yaratdığı yeni siyasi reallıqlara da toxunaraq eləcə də Ermənistanın hələ də sərhəddə hərbi təxribatları davam etdirdiyini diqqətə çatdırdı. Prezident bundan sonra da istənilən təxribata cavab veriləcəyini bildirdi və Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bəyan etdi. Ölkə başçısı çıxışı əsnasında Zəngəzur dəhlizinin açılması məsələsinə toxunaraq eləcə də, bunun region üçün böyük fayda gətirəcəyini bildirdi.Beləliklə, TDT-nin Səmərqənddə keçirilən sammiti Azərbaycan prezidentinin həm region, həmdə təşkilatın gələcək inkişaf prespektivliyinə hesablanan ciddi mesajları ilə yadda qaldı. Bu mesajlar, eyni zamanda, onu göstərdi ki, dövlətimizin başçısı Türk dünyasının aparıcı lideri kimi bölgənin gələcək taleyini həll edən söz sahiblərindən biridir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri