"Bu gün müstəqillik dövrünün ən böyük büdcə müzakirəsini edirik. Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət büdcəni hazırlayıb". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, bu gün biz kiçik məsələlərə getməli deyil, böyük məsələləri ortaya qoymalıyıq: "Təklif edirəm ki, təhlükəsizlik və müdafiə məsələləri daha ön plana çıxarılsın. Burada hərbi, diplomatik, informasiya, iqtisadi və ərzaq təhlükəsizliyindən söhbət gedir ki, bunları həll edib məşğul olmalıyıq. Hökumətlə birlikdə bir yumruq olub bir zindana vurmalıyıq".
Ayşən Vəli