PDF Oxu

Siyasət

  • 2 698

Güney azərbaycanlıların milli oyanışı zərurətə çevrilib ŞƏRH

Güney azərbaycanlıların milli oyanışı zərurətə çevrilib ŞƏRH

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri qonşularla münasibətlərin normal səviyyədə olmasıdır. Vətən müharibəsindəki qələbədən, torpaqlarımızı azad etdikdən sonra bu gün Ermənistana sülh təklif edir, münasibətlərimizin normallaşmasına çalışırıq. Cənub qonşumuz İran isə uzun illərdir ki, Azərbaycana qarşı birmənalı mövqe sərgiləmir.İran rəhbərliyi ayrı-ayrı vaxtlarda Azərbaycanla bağlı konstruktiv bəyanatlar səsləndirsələr də, əməldə başqa ritorika nümayiş etdiriblər. İran Azərbaycana qarşı ikili standartlı siyasətdən çıxış etməyinə davam edir. İranın gerçək üzü üzsüzlükdən, riyakarlıqdan ibarətdir. İran Azərbaycanın varlığına Güney azərbaycanlıların milli oyanışı üçün təkan rolunu oynaya biləcək əsas faktor kimi baxdığı üçün daim narahatlıq hissi yaşayır. İranın bu xofu ilk növbədə bu ölkənin özünə zərər verir və eyni zamanda, Azərbaycan-İran münasibətlərinin daha sağlam müstəviyə keçməsinə bir qayda olaraq mane olur. İranda 40 milyona yaxın azərbaycanlının olması müstəqil Azərbaycan dövlətinin mədəni və mənəvi dəyərlər baxımından bu ölkə ilə bağlılığı mövcuddur. İran isə orada yaşayan azərbaycanlıların haqlarını tanımır, onları hər zaman təqib edir, ana dilində təhsil almaqdan məhrum edir. Bu gün İranda azərbaycanlılara qarşı neqativ münasibət isə bizi narahat etməyə bilməz. İranın riyakar hərəkəti İslam dəyərlərinə qarşı xainlikdən başqa cür qiymətləndirmək olmur. İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir. İran İslam həmrəyliyinə zidd olan siyasət aparır. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. İran artıq Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərir. Ölkəmizdə guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edən İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışdılar. İran Azərbaycanda cəsus şəbəkəsi formalaşdırmağa, din üzərindən siyasi təşkilatlanma həyata keçirərək, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmaqla müxtəlif terrorçu addımlar atmağa çalışıb. Ancaq buna heç vaxt nail ola bilməyəcəklər, çünki güclü Azərbaycanın ayıq-sayıq hüquq-mühafizə orqanları tərəfindən son günlər aparılan əməliyyatlarda da gördüyümüz kimi, hər biri zərərsizləşdirilir.Vətən müharibəsi zamanı İranın proseslərə yanaşması oradakı fars rejimi haqqında hər cür tənqidə əsas yaradır. İranın daim Ermənistanı silahlandırması nə Azərbaycanla qonşuluğa, nə də din birliyinə-İslam həmrəyliyinə uyğundur. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək veriərək etibarsız qonşu olduğunu nümayiş etdirir. Regionda yeni reallıqları Azərbaycan və Türkiyənin diktə etdiyi, dünya ölkələrinin Bakı ilə münasibətlərin inkişafına çalışdığı bir vaxtda İranın riyakar siyasəti bumeranq effekti verə bilər. Azərbaycanın Ermənistan üzərində qələbə qazanmasından sonra Cənubi Qafqazda yaranan tektonik yerdəyişmənin koordinatları İranı əməlli başlı narahatlıqlar kompleksinin içərisinə saldı.Bu, onsuz da siyasi münasibətləri nahamar relyefdə olan Azərbaycanla İran arasında gərginlik dozasını artırır, molla rejimi isə Bakı əleyhinə özünün radikal irsini müxtəlif sferalara daşıyır. Rəsmi Tehran Azərbaycana münasibətdə bu ənənəvi stereotiplərindən əl çəkməli, yeni qonşuluq fəlsəfəsindən çıxış etməlidir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər