Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının və Oğuz rayon Təhsil sektorunun təşkilatçılığı ilə partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Natiq vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, Partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur.Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz RİH başçısının İctimai siyasi və humanitar məsələlər uzrə müavini- şöbə müdiri vəzifəsini icra edən Ayaz Ağayev, Oğuz rayon Təhsil sektorunun metodisti Günel Abdullayeva, Qarabulaq kənd tam orta məktəbinin direktoru Elçin Yusubov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs etdilər. YAP-nın Ulu Öndər Heydər Əliyev ideyalarına daima sadiq olduğunu, dünənin, bu günün və gələcəyin partiyası kimi fəaliyyət göstərdiyini bir daha vurğuladılar.Sonda təhsil sahəsində çalışan, partiya işində fərqlənən üzvlərə YAP Oğuz rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.
Zümrüd BAYRAMOVA