7 noyabr 2022 -ci il tarixdə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 4 saylı Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü və Milli Dirçəliş Günü münasibətilə təbrik edib, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb və Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın 30 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllindəki müstəsna xidmətlərindən danışıb. Daha sonra çıxış edənlər partiyanın ictimai həyatdakı rolundan, müasir Azərbaycan gəncliyinin partiya sıralarında ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildiriblər.
yap.org.az