PDF Oxu

Siyasət

  • 3 927

Azərbaycan Albaniya münasibətləri

Azərbaycan Albaniya münasibətləri

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu səbəbdən də, bu ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə Albaniya Respublikasına səfər etdi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.Yüksələn xətlə ölkələrimiz arasında siyasi dialoquninkişaf etməsi şərqi Avropa ilə ikitərəfli və çoxtərəfliəməkdəşlığa daha da, böyük töhfələr verəcək. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılmışlar.Qeyd edim ki, Albaniya Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımışdır. Azərbaycan ilə Albaniya arasında diplomatik əlaqələr 1993-cü ilin sentyabrın 23-də qurulmuşdur. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən belə deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.Bu il iyunun 16-da Albaniyanın əvvəlki Prezidenti İlir Meta isə IX Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlmişdir. Bakıda olarkən Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı İlir Meta TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirmişdir. O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulamışdır. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyən İlir Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev cənabları isə öz növbəsində IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidentinə təşəkkürünü bildirmiş və Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də,Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir. Bununla da, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğu bir daha öz təsdiqini tapmışdır.Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilmişdir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab etmişlər.Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış etdilər.Albaniyada rəsmi səfəri zamanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları mətbuata verdiyi bəyanatında önəmli məsələlərə toxunaraq; Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoqun mövcudluğundan, iki ölkə arasındakı əlaqələri gücləndirən beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığından, ikinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanın öz əzəli torpaqlarını işğalçılardan azad edərək beynəlxalq hüququ bərpa etməsindən, 20 faiz Azərbaycan ərazilərini işğal edən Ermənistanın hərbi cinayətlərindən geniş məlumat verdi.Enerji təhlükəsizliyi məsələləri bu gün Avropa üçün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verən Azərbaycan, bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzaladı. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır.Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edib, burada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir.

Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Digər xəbərlər