Noyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları rayonun Hindarx qəsəbəsində Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ömər Rəhimlinin ailəsini ziyarət etmişlər. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və digər ziyarətçilər şəhid Ömər Rəhimlinin evdə hazırlanmış xatirə guşəsi ilə tanış olmuş, onun döyüş yolu və aldığı orden və medallarla, həmçinin şəhidin şəxsi əşyalarından ibarət eksponatlarla tanış olmuşlar.Çay süfrəsi arxasında söhbət zamanı Rövşən Əhmədov erməni işğalçıları üzərində qazanılan Böyük Zəfərin Ömər kimi canından keçən qəhrəman şəhidlərimiz və qazilərimiz qanı bahasına əldə edildiyini vurğulamış, müqəddəs şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə şəfa diləmişdir. Şəhidin atası Rəşad Rəhimov ailəsini ziyarət etdikləri üçün qonaqlara təşəkkür etmiş, şəhidlərə və qazilərə daimi diqqət və qayğı göstərdiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
sia.az