XX əsr Azərbaycan tarixində özünə məxsus xüsusiyyətləri ilə fərqlənir. Bu dövr Azərbaycanın həyatında mühüm hadisələrlə - həm uğur, həm də faciələri ilə seçilir. Belə ki, bu dövrdə ermənilərin və onların havadarlarının köməyi ilə həyata keçirilən soyqırımlar, Azərbaycan torpaqlarının itirilməsi və s. Digər xoşagəlməz hadisələr baş vermişdir.Şərqdə ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulması, XX əsrdə ikinci dəfə Azərbaycanın yenidən müstəqil olması önəmli bir hadisə idi. Azərbaycan Respublikasının xarici siyasətində ən mühüm addımı onun dünya dövlətləri tərəfindən tanınması, siyasi –iqtisadi və mədəni müqavilələrin bağlanması idi.Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Albaniya dövləti ilə əlaqələr bu gün də möhkəm təməl üzərində qurulmuşdur. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Albaniya Respublikasına səfəri noyabrın 15-də başa çatıb. Ölkə başçısının Albaniyaya ilk rəsmi səfəri Albaniya – Azərbaycan əlaqələrinin inkişafına böyük təsir göstərəcək.Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmlərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi həmişə diqqət mərkəzində olub.İki dövlət arasında əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var. Qarşılıqlı sərmayəqoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəailiyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı , müasir texnologiyalar sahələri. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında hər iki ölkə çox önəmli rol oynayıblar. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir.Enerji sahəsində əməkdaşlıq Azərbaycan – Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil edir. 2020-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatının iki dəfə artırılması nəzərdə tutulur. Təbii ki, qaz Albaniya ərazisindən keçəcək, beləliklə Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var.Albaniya da NATO- nun üzvü kimi NATO – Azərbaycan əlaqələrinə həmişə dəstək vermişdir. İki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari , enerji , sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər də geniş müzakirə edilmişdi.Azərbaycan Respublikasının Prezidentinin Albaniyaya rəsmi səfəri gələcəkdə ölkələr arasında əlaqələrin genişləndirilməsi işində önəmli hadisələrdən biri oldu.
Firəngiz Xəlilova
Xəzər rayonu, 234 №li məktəbin müəllim