PDF Oxu

Siyasət

  • 1 977

“YAP yeganə siyasi güc, siyasi qüvvə olduğunu hər zaman təsdiqləyəcək” - AÇIQLAMA

“YAP yeganə siyasi güc, siyasi qüvvə olduğunu hər zaman təsdiqləyəcək” - AÇIQLAMA

“Azərbaycan xalqı bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyini qeyd edir”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası 30 il əvvəl ölkəmizdə mövcud olmuş mürəkkəb siyasi vəziyyətin yaratdığı, habelə dövrün təxirəsalınmaz tələbindən irəli gələrək xalqımızın arzu və istəklərinin tərənnüm edən bir partiya olaraq yaranmışdır: "16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkəmizin təhlükədə olduğunu və Lider olaraq onu gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri işləyən Heydər Əliyev bu müraciətə müsbət cavab verərək təklifi qəbul etmişdir. 21 noyabr 1992-ci il tarixində isə Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvan şəhərində keçirilmiş və 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir. YAP yaranması ilə xaos və hərc mərcliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almağa və məhv olmaq təhlükəsi ilə üz-üzə olan dövlətimizi xilas edilməsində yeni inkişaf dövrünün başlamasına səbəb oldu. Sonrakı dövrdə ölkəmizdə gedən siyasi proseslər bir daha göstərdi ki, YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. O zaman ki hakimiyyətin Yeni Azərbaycan Partiyasının yaranması sonrakı dövrlərdə, Azərbaycan dövlətçiliyinin məhv olmasının qarşısının alınmasında yeganə xilaskar qüvvə oldu. 93-cü ilin iyun hadisələri dövründə başda Ümummilli Lider Heydər Əliyev olmaqla YAP yeganə siyasi qüvvə olaraq xalqın güvəni oldu, vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçilik xilas oldu, erməni işğalçılarının böyük əraziləri işğal etmək planının qarşısı alındı, müvəqqəti atəşkəs elan olundu və ən nəhayət dövlətin qurulmasının təməl prinsipləri yaradıldı. Möhkəm təməllər üzərində dövlətçiliyimiz quruldu. İqtisadiyyatımız yenidən quruldu və ən əsasən güclü ordu quruculuğuna başlanıldı. Bütün uzaqgörən, ziyalı, vətəni düşünən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızın erməni işğalından azad edilməsi ilə bağlı atdığı addımlar, ölkəmizin inkişafına söykənən səmərəli fəaliyyəti nəticəsində 800 min nəfərə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanması da tarixi faktdır. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsiz töhfələr verir. Partiya üzvü olaraq inanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirməklə ölkəmizdə yeganə siyasi güc, siyasi qüvvə olduğunu hər zaman təsdiqləyəcək.

Müəllif: Gülyana

Digər xəbərlər