PDF Oxu

Siyasət

  • 2 394

YAP Ağcabədi rayon təşkilatı veteranlarla görüş keçirib

YAP Ağcabədi rayon təşkilatı veteranlarla görüş keçirib

Ağcabədidə YAP-ın yaranmasının 30 illik yubileyi ilə əlaqədar veteranlarla görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə çiçək dəstələri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.Rayonun Bayraq Muzeyinin inzibati binasında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olur. Bu yubiley münasibətilə respublikamızın bütün guşələrində silsilə tədbirlər, yarış və müsabiqələr keçirilir. Ona görə də YAP Ağcabədi rayon təşkilatı qərara aldı ki, yubiley ərəfəsində bir sıra YAP veteranları ilə görüş keçirsin.Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş YAP üzvlərinin və xalqımıza Qələbə sevincini yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.Tədbirin əvvəlində Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş etdirilib.Rayon təşkilat sədri Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi inkişaf yolu və qazanılan uğurlar barədə geniş məruzə ilə çıxış edib.Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllimi Mahir Səlimov, Statistika YAP ərazi təşkilatının sədri Elsevər İsmayılov, şəhər 5 saylı YAP ərazi təşkilatının sədri Fəridə Allahverdiyeva, Sarıcalı YAP ərazi təşkilatının sədri Sevinc Məmmədova çıxış edərək, öz fikirlərini və təəssüratlarını bölüşüblər.Tədbirin sonunda bir qrup YAP fəallarına Fəxri Fərman təqdim edilib.

Zümrüd Bayramova

Digər xəbərlər