Siyasət

  • 2 741

Dünənin, bu günun və gələcəyin partiyası

image

YAP müasir müstəqil Azərbaycan tarixinin ən çətin anlarında, ən çətin günlərində yaradılan partiyadır. 90-cı ilin əvvəllərində ölkəmizdə baş verən hadisələr yəqin ki, hər birimizin yadındadır. Bu tədbirdə iştirak edən böyük əksəriyyəti bu hadisələrin canlı şahidləridir. Ölkəmizdə xalqla ixtidarın birliyi mövcud deyildir, ölkəmizdə xaos, anarxiya, hakimiyyətsizlik baş alıb gedirdi. Və bütün bu amillər ölkəmizin vətəndaş müharibəsinə aparır. Ölkəmiz uçurum vəziyyətdə idi. Və bu amillərdən istifadə edən düşmənlərimiz torpaqlarımı zəbt eləməyə başladı. Təbii olaraq ki, bununla razılaşmayan Azərbaycan ziyalılar, Azərbaycansevərlər, Azərbaycan vətəndaşları xalqımızın xilaskarı Heydər Əliyevə müraciət etdilər.

Ziyalılar Heydər Əliyevə müraciət edərək, Azərbaycanda yeni siyasi partiyanın yaradılmasını və ona rəhbərlik etməsini Heydər Əliyevdən xahiş etdilər. O zaman iqtidarda olan qüvvələrin bütün törətdiyi maneələrə baxmayaraq, 550 nəfərdən ibarət olan təşəbbüs qrupu ölkəmizin bütün regionlarından Naxçıvana gələrək, YAP-ın təsis konfransını keçirdi. Və bu konfpansa ümumillli lider Heydər Əliyev sədrlik etdi.

Bundan sonra dekabrın 18-də YAP Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi. Və bununla da ölkəmizdə yeni partiya yaradıldı. 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə yenidən qayıdan ulu öndərimiz xalqımızı, dövlətimizi, millətimizi böyük bir fəlakərdən xilas etdi. Ölkədə atəşkəs rejimi elan olundu, müharibə dayandırıldı.Qısa müddət ərzində YAP müxalif partiyadan ixtidar partiyasına çevrildi. Bu müddət ərzində YAP qarşısında olan bütün hədəfləri YAP rəhbəri üzvləri uğurla həyata keçirib. Lakin hər birinizin, hər Azərbaycan Respublikasının vətəndaşının ürəyində bir arzusu var idi. Torpaqlarımızı işğaldan azad etmək. Bunu da Ulu Öndərin davamçısı, ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək bizim xalqımızı qələbəyə çatdırdı və sevindirdi.

Təbii ki, bunlara nail olmaq üçün dövtlətin qüdrətli, müdrik, uzaqgörən ideyaları olan sərkərdəsi olmalıdır. Bu xüsusiyyətlərin hamısını özündə birləşdirən ulu öndər Heydər Əliyevin məktəbini keçən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu dünya hərb tarixində qəhrəmanlıq salnaməsi yazdı. 44 günlük müharibənin Zəfəri əbədi olaraq tarixə, onun qəhrəman şəhid və qaziləri qəlblərə həkk olundu.

Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan tarixində ən böyük xidmətlərindən biri də odur ki, o, bütün siyasi qüvvələri Vətən, torpaq məsələsində birləşdirə bildi. Bu hamımızın gözü qabağında oldu. 1905-1906-ci illəri, 1918-1920-ci illəri, Birinci Qarabağ Müharibəsini yadda salaq. 44 günlük müharibə ilə İlham Əliyev Azərbaycan tarixinə yeni tarix gətirdi. XX əsrin əvvəllərində Zəngəzur deyilən ifadə yox idi. Azərbaycan tarixindən çıxarılmışdır. İlham Əliyev yenidən Azərbaycan tarixinə daxil etdi. Cənab Prezident təkcə hərb sahəsində deyil, həm də diplomatiya sahəsində qəhrəman oldu. Zəfər günündə gözlərimin qarşısında müstəqil Azərabycan canlanır, əvvəl Heydər Əliyev, sonra cənab prezidentimiz İlham Əliyevlə daima irəliyə, inkişafa, tərəqiyyə doğru gedir və bu davamlı inkişaf bu illər ərzində bir an olsun dayanmayıb.

İkinci ildir ki, Vətən müharibəsinin qələbəsini qeyd edirik. Vətən müharibəsi bütün möhtəşəm hərbi, siyasi, diplomatik qələbəmiz olmaqla yanaşı, həm də Qarabağda qürurumuzu yenidən nümayiş etdirdi. Ancaq müharibə son qələbəmiz deyil. Qələbəmiz davam edir. Müharibədə qazandığımız Zəfəri, Qarabağda aparılan yenidənqurma işləri, işğaldan azad olunmuş torpaqlarda keçirilmiş Xarıbülbül festivalı və digər tədbirlər dünya səviyyəsində nümayiş olunur. Azərbaycan daima inkişafdadır. İstər mədəniyyət sahəsi olsun, istər elm, istər idman. Azərbaycan geniş inkişaf ilə dünyada nümunə oldu. Zəfərin qazanılmasında Azərbaycan xalqın, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, dəmir yumruq kimi birləşdi. Bütün dünya, həmçinin işğalçı Ermənistan və onun tərəfdaşları Dəmir Yumruğun gücünü, qüdrətini gördü.

Zəfər bayramı Azərbaycan tarixinin qürurlu günüdür. Artıq 44 rəqəmi tarixin bir simvoluna çevirilib.Azərbaycan xalqı 8 noyabr – Zəfər Gününü qürurla və şərəflə qeyd edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!Bu qələbəni biz şəhidlərinizin canı, qanı bahasına, əsgərlərimizin, zabitlərimizin qəhramanlığı nəticəsində qazandıq və təməli ulu öndər tərəfindən qoyulmuş, bu gündə onun layıqlı danamçısı, cənab prezidentimiz uğurlu siyasətin nəticəsində əldə etdik. Biz ömrümüzün sonuna qədər, hər bir azərbaycanlı vətəndaşı şəhidlərimizə, ordumuza borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı qardaşlarımıza şəfa versin.

ŞƏHLA XƏLILOVA,

YAP Yasamal rayon təşkilatının Elm və Təhsil Nazirliyin Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər