PDF Oxu

Siyasət

  • 2 787

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu il 30 yaşını qeyd edir. Yeni Azərbaycan Partiyası hansı zərurətdən yarandı? Məlum olduğu kimi, 80-ci illərin sonlarında Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan və bir-birini əvəzləyən səriştəsiz kadrlar ölkəni idarə edə bilmirdi. Bununla yanaşı, ölkədə hərbi-siyasi xaos yaranmışdır. 1991-ci ildə müstəqillik əldə edən Azərbaycanda AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra hadisələr daha da gərginləşmiş, ölkənin parçalanmaq təhlükəsi daha da artmışdı. Respublikadakı qarşıdurmalar vətəndaş müharibəsi həddinə çatmışdı.Belə ağır bir zamanda Azərbaycan ziyalıları ölkəni xaosdan, anarxiyadan, qardaş qırğınından, vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən xilas edə biləcək şəxsiyyətin yalnız Heydər Əliyev olduğunu bilirdilər. O zamanlar Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan, ondan əvvəlki dövrlərdə (1969-1982-ci illərdə) Azərbaycan xalqının qarşısında böyük xidmətləri olan Heydər Əliyev hakimiyyətdə olan cəbhəçilərin onun Bakıya gəlməsinə hər cürə maneələr yaratmasına baxmayaraq xalqın ona olan inamı o qədər güclü idi ki, Respublikanın müxtəlif regionlarından Naxçıvana axın edən insanlar gələcək xilaskarları ilə görüşərək ölkədə baş verən hadisələri və bundan çıxış yollarını müzakirə edirdilər. Azərbaycanın o zamankı ağır durumundan nicat yolunu xalq yalnız Heydər Əliyevdə görürdü.1992-ci il 16 oktyabr tarixində Azərbaycanın 91 nəfər ziyalısı böyük cəsarət toplayaraq Ulu Öndər Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciət etdilər. 26 oktyabr 1992-ci il tarixdə həmin müraciətə müsbət cavab verən Heydər Əliyevi daim Azərbaycanın parlaq gələcəyi düşündürürdü. Bir ay ərzində gərgin hazırlıqlardan sonra noyabrın 21-də Naxçıvanda əlverişsiz bir şəraitdə 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər partiyanın sədri seçildi. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir.Müstəqilliyimizin, milli varlığımızın real təhlükə qarşısında olduğu bir dövrdə Yeni Azərbaycan Partiyasının yaranması gənc dövlətimizin həyatında yeni bir mərhələyə yol açdı. Partiyanın yaranmasından bir il keçməmiş, 1993-cü ilin oktyabr ayında partiyanın qurucusu, müstəqil Azərbaycanın memarı Heydər Əliyev xalqın yekdil səsi ilə ölkənin Prezidenti seçildi və bundan sonra ölkəmizin böhrandan çıxma prosesi başladı. Ulu öndərin parlaq siyasi zəkası, məqsədyönlü və müdrik siyasəti ilk öncə xalqın dövlət rəhbərinə və gələcəyə olan inamını artırdı, milli dövlətçiliyimizin bünövrəsini möhkəmləndirdi, Yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini müəyyənləşdirdi və gələcəyə aparan yolların uzun müddətli planını verdi. Azərbaycanın tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümumibəşəri dəyərlərdən bəhrələnən Yeni Azərbaycan Partiyası xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrildi.Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaq və sair kimi prinsiplərə söykənən Yeni Azərbaycan Partiyası ötən 30 ildə şərəfli bir yol keçərək bu məqsədlərinə uyğun fəaliyyət göstərib və uğurlar qazanıb.Ötən illər ərzində Partiyanın keçdiyi şərəfli yol, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi belə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan YAP ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyadır. Qələbələr partiyası olaraq qazandığı imic Yeni Azərbaycan Partiyasının dünəninə və bu gününə bələdçilik edib gələcəyinə işıq salır. Partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”Bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, dünya miqyasında tanınmış lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri kimi zəngin ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə ciddi əhəmiyyət verir. 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın sədri cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan siyasi mühütünün ən mütəşəkkil, ən aparıcı bir qüvvəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Təbii ki, regionun aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolu qısa tezis çərçivəsində əhatə etmək mümkün deyil. YAP-ın yaranmasının 30-cu ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlərdə Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş çox önəmli hadisələr yaşanmışdır. Uğurlardan danışarkən bu günümüzün ən əsas uğuru, sevinci, qüruru bütün uğurlarımızın zirvəsində dayanan, dövlətçilik tariximizə qızıl hərflərlə daxil olmuş şanlı Zəfərimizdir. Azərbaycan Silahlı Qüvvələri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək 30 ildən artıq müddətdə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Bu şanlı tarixin şahidi olmağımızı Ali Baş Komandan, Partiyamızın sədri cənab İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra regionda tamamilə yeni reallıq yaranıb. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyaslı quruculuq işləri aparılır, erməni vandallarının 30 ilə yaxın müddətdə yer üzündən silməyə çalışdıqları qədim məskənlərimiz, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yenidən həyata qaytarılır, Qarabağda, Şərqi Zəngəzurda XX əsrin ağıllı şəhər və kəndləri tikilir, yeni yollar salınır, su elektrik stansiyaları istifadəyə verilir, beynəlxalq hava limanları açılır və saymaqla bitməyən, miqyası heç bir ölçüyə gəlməyən nəhəng layihələr həyata keçirilir.Partiyanın yeddinci qurultayında Prezident İlham Əliyevin 44 günlük II Qarabağ Müharibəsində qazandığımız qələbənin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi.

Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər