PDF Oxu

Siyasət

  • 1 999

Ermənistan residivistləri orduya çağırır FAKT

Ermənistan residivistləri orduya çağırır FAKT

Nəticədə ağır cinayətlərin sayı durmadan artır

Ermənistan ordusunda cinayətkarlığın artması, ümumiyyətlə, orada dedovşina və qanundankənar davranış amilləri artıq bir ənənə şəklini alıb. Uzun illərdir istər komandanlıq, istərsə də şəxsi heyət arasında demək olar ki, müxtəlif xarakterli cinayət hallarının artması hətta tətbiq edilən məhkəmə hökmləri ilə də aradan qaldırılmır. Üstəlik, komandanlıqların, həmçinin hərbçilərin öz aralarında baş verən fiziki, eləcə də cinsi zorakılıq halları da durmadan artır və bütün bunlar reallıqda erməni silahlı qüvvələrinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu növbəti dəfə sübut edir. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Ermənistanda hətta ən ağır cinayətlər törətmiş şəxsləri belə ordu sıralarına cəlb edirlər. Residivistlər, seksual manyaklar və s. tipli şəxslər həbsxanalardan birbaşa hərbi hissələrə göndərilirlər.Ehtiyatda olan olan zabit Misak Pertosyanı öldürən Vahe Qazaryan 3 il həbsdə yatdıqdan sonra yenidən ordu sıralarına çağrılıb.Belə hadisələrdən biri də Qafan ərazisində yaşanıb. Erməni KİV-lərinin yazdığına görə, ötən ay-oktyabrın 29-da Qafan hərbi hissəsində 37 yaşlı ehtiyatda olan Misak Petrosyanı öldürməkdə şübhəli bilinən Vahe Qazaryan ağır cinayət törətdiyinə görə cəmi 3 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci il mayın 24-də isə məhkəmə hökmü Qazaryana şərti olaraq tətbiq etməməyə qərar verib və ona 3 il sınaq müddəti təyin edib. Qazaryan isə sınaq müddətinin tələblərinə əməl etməyib və nəticədə yeni cinayət baş verib.Bütün bunlardan sonra qətlə yetirilmiş ehtiyatda olan erməni hərbi qulluqçu Misak Petrosyanın yaxınlarını bir sual düşündürür: qətl hadisəsi törətmiş şəxs hansı qanun-qaydalar əsasında ordu sıralarına cəlb olunur? Yəni onun döyüş mövqelərinə göndərilməsi nə dərəcədə doğrudur?Qeyd edilir ki, Misak Petrosyan çağırış vərəqəsini alıb və ertəsi gün dərhal hərbi təlim üçün əvvəlcə Armavirə, sonra isə Qafana yola düşüb. Misakın qardaşı Hakop Petrosyanisə deyib ki, öldürülməmişdən bir gün əvvəl Misakla danışıblar, əhvalı yaxşı olub, heç bir probleminin olmadığını bildirib. Petrosyanlara hadisə barədə hərbi komissarlıqdan məlumat verilib. Digər təfərrüatlar barədə isə heç nə deyilməyib.Ermənistan MN bu qətl faktının üzərindən sakit keçməsi ilə yanaşı, reallıqda nəyə “qadir” olduğunu açıq-aşkar ortaya qoyur...Ermənistan Müdafiə Nazirliyi oktyabrın 29-da ehtiyatda olan erməni hərbi qulluqçunun ölümü barədə məlumat verərək Petrosyanın xidmət yoldaşının açdığı atəşdən ölümcül güllə yarası aldığını bildirib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, məsələ hüquqi müstəvidədir, onlar araşdırılan cinayət işləri ilə bağlı şərh verə bilməzlər. Yəni bu ifadələrin özü də göstərir ki, Ermənistan MN bu qətl faktının üzərindən sakit keçməsi ilə yanaşı, reallıqda nəyə “qadir” olduğunu açıq-aşkar ortaya qoyur...Onu da qeyd edək ki, Ermənistan Baş Prokurorluğunun ictimai əlaqələr şöbəsi bundan bir neçə gün öncə rəsmi məlumat yayaraq bildirib ki, cəbhəyə göndərilmək üçün azadlıqdan məhrum edilən şəxslərdən 12 məhbusun həbs qətimkan tədbiri dəyişdirilib, daha 9 məhkum isə vaxtından əvvəl şərti azadlığa buraxılıb.Ancaq bu kimi faktlar Ermənistan silahlı qüvvələrində kifayət qədərdir və bunun nəticəsidir ki, ordu sıralarında demək olar ki, hər gün ağır cinayət halları yaşanmaqdadır. Bütün bunlar isə bir daha belə qənaətə gəlməyə zəmin yaradır – ölkə kimi, Ermənistanın ordusu da məhvə doğru sürüklənir
Rövşən RƏSULOV

Digər xəbərlər