PDF Oxu

Siyasət

  • 1 932

“Vətən işağala məruz qalırsa...” - MÜNASİBƏT BİLDİRİLDİ

“Vətən işağala məruz qalırsa...” - MÜNASİBƏT BİLDİRİLDİ

“Mən ictimai sektorun bir nümayəndəsi, o cümlədən sülh səfiri olaraq bütün müharibələrin əlehinəyəm. Əgər bizim vətənimizə hücum olunubsa, bu Vətən savaşıdır, artıq qaçınılmazdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.Onun sözlərinə görə, Mustafa Kamal Atatürk müharibənin üç cür olduğunu deyirdi: “Yəni işğalçılıq, vətən savaşı və vətəndaş müharibəsi bura aid idi. Azərbaycan cəmiyyəti 30 illik müstəqillik dövründə vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə qədər çox ağır, amma çox şərəfli bir yol gəlib. Bunun nəticələri də hər kəsə məlumdur. Tarixi zəfərin əldə olunmasında da bizim milli birliyimizin payı var. Bunları deməkdə məqsədim odur ki, mən sülh səfiri olaraq müharibələrə qarşıyam. Lakin vətən müharibəsi bura aid deyil. Çünki vətən işağala məruz qalırsa, onu şərəfli şəkildə qorumaq lazımdır”.Rauf Zeyni sözlərinə belə davam edib: “Əlbəttə Rusiya-Ukrayna müharibəsi gözlənilən idi. Biz keçən il 13-15 dekabr tarixlərində Ukraynada beynəlxalq konfransda olduq. Konfrans ərazi bütövlüyü və təhlükəsizlik mövzusunda idi.Moldovada da bu il 20-24 oktyabr aralığında beynəlxalq konfransda olduq. Bu konfransda da Ukrayna-Rusiya müharibəsi vətəndaş cəmiyyətinin gözü ilə adlanırdı. Burada da paneldə müzakirələr baş tutdu. Əlbəttə ki, ekspertlər Rusiya-Ukrayna müharibəsini bilavasitə böyük güclər tərəfindən onların maraqları, nüfuzları uğrunda müharibəsi kimi qiymətləndirirlər. Eyni zamanda Ukraynada müharibə olmasına baxmayaraq, bu NATO-Rusiya prizmasından baxılası bir mühribədir. Hər bir halda bu müharibənin dayanmasının, danışıqların başlanmasının tərəfdarıyıq. Bu məsələdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri bütün dünya tərəfindən müsbət qarşılanır.Biz də dünya ölkələrinin, eyni zamanda beynəlxalq təşkilatların bu müharibənin bitməsi üçün təşəbbüs göstərməsi lazım olduğunu düşünürük. Çünki burada insanlar, xüsusilə də uşaqlar tələf olur. Eyni zamanda şəhərlər də dağılaraq, yerlə-yeksan olur. Təbii ki, bunlar da arzuolunmaz hadisələrdir. Ümumiyyətlə, bu müharibə ağılsız və məntiqsiz bir müharibədir. Bu müharibələrin hər zaman sonda sülhlə bitdiyini görürük.Yenə də o fikirdəyəm ki, bu nüfuz müharibələri dayandırılmalıdır və buna günahsız insanlar məruz qalmasının heç bir məntiqi yoxdur. Bundan əlavə dünyada 7 milyard əhali var və nə qədər də müharibələr gedir. 7 milyard əhali bu müharibələri dayandıra bilmir. Bunun da kökündə başqa məsələlər var. Təbii ki, onları da biz zaman-zaman tədbirlərdə, o cümlədən beynəlxalq konfraslarda müzakirə edirik.Hamı birmənalı şəkildə bu müharibənin nəhayət dayandırılmasını fikrindədir, hər kəs bunu istəyir. İstər o region üçün, istərsə də dünyanın başqa regionları üçün sülh tərəfdarı olan, heç bir normal insan heç bir zaman müharibə istəmir. Düşünürəm ki, müharibələrlə bağlı olaraq biz də dəyirmi masalar keçirməliyik.Hesab edirəm ki, artıq Ukrayna xalqı öz ərazi bütövlüyünü müdafiə etmək üçün xeyli igidlik və qəhərəmanlıqlar göstərib. Sözün əsl mənasında Ukrayna xalqı mübariz bir xalq olduğunu göstərdi”.

Ayşən Vəli

Digər xəbərlər