İran hər zaman Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşır həmçinin İranın qonşu olaraq Azərbaycana qarşı riyakar davranışları bu günlərdə də davam etməkdədir. Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran daima bunun əksini nümayiş etdirib.Son iki ildə xüsusilə də Azərbaycanın 44 gün davam edən və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı münasibətlərdə daha da açıq düşmənçilik mövqeyini nümayiş etdirir. Bu, istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında həmçinin onların qızışdırılmasında, istər rəsmi şəxslərin zaman – zaman Azərbaycanın suverenliyi və mövcudluğunu şübhə altına alan bəyanatlarında, istər Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir.30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, digər tərəfdən isə təcavüzkar Ermənistana dəstək verməkdə davam edən etibarsız qonşu olduğunu nümayiş etdirən İran İslam Respublikası Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Həmçinin Azərbaycan ordusunun Vətən Müharibəsində qalib gəlməsi Fransa qədər İranı da narahat etmişdi. Müharibə dövründə onların ərazisinə mərmi düşməsi bəhanəsi ilə Azərbaycana xəbərdarlıq etmələrini, ordumuz Cəbrayılı işğaldan azad etdiyi vaxtda Arazın o tayında olan soydaşlarımızın bunu qürurla, sevinclə izləyib alqışladıqları zaman buna müdaxilə etmələrini Azərbaycanla sərhədə qoşun yeritmələrinin də anti-Azərbaycan mövqeyindən irəli gəldiyini hesab etmək olar. Son 1 ildə isə, İran Ermənistanı daha qətiyyətli formada dəstəkləyir. İranın Qafanda konsulluq açmağı isə bunun ən pik nöqtəsi idi. Tehranda unudurlar ki, Azərbaycan və Türkiyə arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyannaməsinin icraya yönəldilməsi an məsələsidir.Prezident İlham Əliyev, cari ilin noyabr ayının 11-də Səmərqəndə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xüsusilə vurğuladı ki, “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri