İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində azı 479 etirazçı həlak olub, daha çox insan yaralanıb. 15 minə yaxın adam həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində pis rəftara məruz qalırlar. CNN jurnalistləri saxlanılanlardan biri, aksiyalarda iştirak edən 20 yaşlı qızla danışıb. O, polis bölmələrində cinsi zorakılıq barədə məlumat verib.Kürd əsilli Hana (CNN-in məlumatına görə, təhlükəsizlik məqsədilə adı dəyişdirilib) saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığın şahidi və qurbanı olduğunu bildirib. Eyni zamanda o, təcridxanada cəmi bir gün keçirib.Xananın saxlandığı ərəfədə onun anasına Mahabad şəhərindəki həbsxananın müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan tanışı telefonla zəng edib. O, qadını "heç bir halda" qızlarını evdən buraxmamağa çağırıb ki, onlar etirazlarda iştirak etdiklərinə görə saxlanılmasınlar, çünki İran həbsxanalarında qadınlarla "çox pis rəftar olunur".Xəbərdarlığa baxmayaraq, Hana etirazlara qoşulub və bir çox digər qadınlar kimi hicabını açıq şəkildə yandırıb. Polis ona bildirib ki, guya bu an müşahidə kamerasındakı səs yazısına düşüb və bununla da onun saxlanmasına zəmin yaradılıb.Onunla birlikdə daha 30-40 qadının, həmçinin polis əməkdaşları tərəfindən şiddətli döyülən 13-14 yaşlı yeniyetmələrin olduğu Hana polis bölməsinə aparılıb. "Ancaq cinsi istismara məruz qalan qızlar daha pis idi" deyə Hana bildirib.Kamera yoldaşları ona təcridxanada baş verən zorlamalar barədə danışıblar və Hana özü də saxlanılan yeniyetmələrdən birinin polisin dindirmə otağına aparmağa hazırlaşdığı bacısının müdafiəsinə qalxmağa çalışdığının şahidi olub. Polis onu dəyənəklə döyüb, bacısı isə qonşu otaqda qışqırıb. Hana qadının zorlandığına əmindir.Hana özü də zorakılığa məruz qalıb. O, bildirib ki, polis məmuru onu dindirmə otağına bağlayıb və orada cinsi əlaqə qarşılığında ona azadlıq vəd edərək hücum edib. CNN nəşri bildirir ki, onun jurnalistlərə müsahibəsi zamanı polisin hücumundan sonra qızın boynunda qançır izi görünüb.Hananın sözlərinə görə, insanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur, çünki polis qadınları qorxudur: “Onlar qadınları hədələyirlər ki, başına gələnləri deməsinlər, bunu ona kimin etdiyini, kimin onları təhqir etdiyini, kimin təcavüz etdiyini barədə danışmasınlar”.Hananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib. O, əmisinin ailəsi ilə bir qrup kürd qaçaqmalçısının ardınca bir neçə gün dağ yolları ilə gedib. CNN-in məlumatına görə, İran sərhədçiləri qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edənlərə atəş açır.Baş verənlərə baxmayaraq, Hana başqalarından daha şanslı olduğuna əmindir. CNN yazır ki, bir çox məhbus İran həbsxanalarında yoxa çıxır. "Cinsi zorakılığa məruz qalan və sonra başqa şəhərlərə aparılan qızlar var idi" deyə Hana bildirib. Hüquq müdafiəçiləri CNN-ə bildiriblər ki, son illər İranda yüzlərlə insan izsiz yoxa çıxıb.İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial mediada hökumət əleyhinə yazılar dərc edib, baxmayaraq ki, onun küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Səlahiyyətlilər bildirir ki, polis Abbasinin mənzilində axtarış apararkən 10 ədəd “Molotov kokteyli” aşkar edib.Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini düz bağırsağından aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızın başı qırxılmışdı. Həkimlər onun çox qorxduğunu və titrədiyini bildiriblər.Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur ediblər. Onun hekayəsi ictimailəşəndə polis qızı xəstəxanadan aparıb. Səlahiyyətlilərə görə, o, yerli həbsxanaya köçürülüb. Lakin bu məlumatın hələlik təsdiqi yoxdur.CNN jurnalistləri baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxlasalar da, onlara Armita Abbasinin heç bir qeydinin qalmadığı bildirilib.
sia.az