PDF Oxu

Siyasət

  • 1 868

"Dövlət qulluqçusu heç bir partiya mənsubiyyəti daşımamalıdır" - QÜDRƏT HƏSƏNQULİYEV

"Dövlət qulluqçusu heç bir partiya mənsubiyyəti daşımamalıdır" - QÜDRƏT HƏSƏNQULİYEV

"Azərbaycanda dövlət qulluqçuların hər hansı siyasi partiya üzvünün olmaması təklif edilib". SİA xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.Deputat sözlərinə belə davam edib: "Mən bu barədə məsələ qaldırmışdım. Qanun variantında qeyd olunur ki, dövlət qulluğunun xüsusi növündə olan dövlət qulluqçuları siyasi partiya üzvü ola bilməzlər. Ancaq digərləri ola bilər. Hesab edirəm ki, bu maddə çıxarılmalıdır. Dövlət qulluqçusu ümumiyyətlə, heç bir partiya mənsubiyyəti daşımamalıdır”.

Ayşən Vəli

Digər xəbərlər