“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. Qanun layihəsinin yeni variantı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunur. SİA xəbər verir ki, Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bəzi deputatların iclasda iştirak etmədiyini bildirib.Sədr müavini onların hansı səbəbdən iclasa gəlmədiyini öyrənmək üçün tapşırıq verib: “İşimiz odur ki, qanun layihəsini müzakirə edək. Görürük ki, burada bir çox deputat yoxdur və onların iştirak etməmək səbəbi də bilinmir. Nəyə görə gəlmədikləri öyrənilsin. Bu sizin işinizdir və burada olmalısınız”.
Ayşən Vəli