"Bu qanunda bir çox dəyişikliklər etmək olar. Lakin mən bunun üzərində çox dayanmağın da tərəfdarı deyiləm". SİA xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu qanuna "gecəqondu" qurumlara mülkiyyət sənədi vermək kimi baxıram: "Mülkiyyət sənədinin olması siyasi partiyaar üçün yetərli deyil. Onun qazını işığını və suyunu da təmin etməlisən.
Bu qanunda siyasi müxalifətin çərçivəsini sezmək olmur. Bu çərçivə Milli Məclisin özündə də yoxdur. Bunu siyasi orqanizm kimi qəbul etməliyik".
Ayşən Vəli