PDF Oxu

Siyasət

  • 2 704

Fransanın Azərbaycana qarşı antiazərbaycan siyasətinin məqsədi nədir? - POLİTOLOQ ŞƏRH ETDİ

Fransanın Azərbaycana qarşı antiazərbaycan siyasətinin məqsədi nədir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Fransanın antiazərbaycan və anti-türk siyasətinin tarixi köklərinə nəzər yetirdikdə, bunun heç də yeni yaranmış ideoloji və ya siyasi yanaşma olmadığını aydın şəkildə görə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.Onun sözlərinə görə bu siyasi kursun formalaşmasına əsas təsiredici faktorlardan biri Fransadakı erməni lobbisinin uzun illərdir Azərbaycan əleyhinə davam edən təbliğatının fərqli şəxslər vasitəsilə qərar qəbuledici platformalara nüfuzetməsinin davamlı xarakter almasıdır: “Digər tərəfdən, Fransa Cənubi Qafqazdakı geostrateji maraqlarını regionun əsas faktoru olan Azərbaycan Respublikası ilə razılaşdırmadan həyata keçirə bilməyəcəyini anlayır və bu da onun qərəzli mövqeyini təşviq edən bir digər faktordur”.Aytən Qurbanova sözlərinə belə davam edib: “Ümumilikdə isə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı fonunda formalaşan yeni güc mərkəzini özünün yalnız Cənubi Qafqada deyil, bütövlükdə bir çox istiqamətdə xarici siyasi maraqları üçün təhdid hesab edən Fransa Ermənistanı dəstəkləməklə danışıqlar prosesindəkini varlığını Minsk formatının bərpası yolu ilə davam etdirməyə və beləliklə də, regional münasibətlərə nüfuz etməyə müvəffəq olacağına ümid edir".

Aytac Xəlilova

Digər xəbərlər