PDF Oxu

Siyasət

  • 2 610

YAP Yasamal rayon təşkilatında tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında 8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Dezinfeksiya Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Akif Məmmədov, YAP Yasamal rayon təşkilatının məsul əməkdaşları, “F.İbrahimbəyov küç.21” (Bakı şəhər Dezinfeksiya Stansiyası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Kəmalə Cəfərova, Bakı şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Qarabağ müharibəsi qaziləri iştirak edib.Tədbirdə ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını diqqətə çatdıraraq deyib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu gün şəhid ailələri və qazilər həyatlarının hər bir anında Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiyini deyən B.Nəbiyev tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu nəzərə çatdırıb. Vurğulayıb ki, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.Çıxış edən Qarabağ müharibəsi qaziləri- Elşad Təhməzov, Taryel Həsənov və Nazim Abdullayev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Tədbirin sonunda qazilərə 8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.
Nəzakət

Digər xəbərlər