Siyasət

  • 853

Şəhidlər ölmürlər!

image

Lerik rayonunun Züvüç kəndində Vətən müharibəsi şəhidi Tahirli Şahin Afat oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Eyni zamanda, 1-ci Qarabağ müharibəsi şəhidi Ağayev Lətif Xeyrulla oğlunun da məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.
Qeyd edək ki, Şahin Tahirli 2020-ci il noyabrın 7-də Şuşanın Daşaltı kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

yap.org.az

Digər xəbərlər