Siyasət

  • 1 503

Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biridir

image

Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən biri olaraq, bütün fəaliyyətində demokratik və humanizm, eyni zamanda qonşu və xarici dövlətlərlə olan münasibətlərində sülh prinsipinə əsaslanan müdrik siyasət aparır. Təəssüflər olsun ki, İran və Ermənistan kimi dövlətlər öz fəaliyyətində yalançılıq, riyakarlıq və saxtakarlıq prinsiplərinə əsaslanır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində 29 il öncə torpaqlarımızda vandalizm siyasəti həyata keçirib, doğma ərazilərimizdə talançılıq törətmiş, islami dəyərlərə qarşı əxlaqsızcasına davranaraq, məscidlərdə donuz saxlayan, dini abidələrimizi yerlə-yeksan edən Ermənistanı haqq mübarizəsi ilə darmadağın edib, tarixi ədaləti bərpa etdi. Eyni zamanda Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi altında güclü Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatın və qərarların həll edə bilmədiyi məsələni parlaq Qələbə qazanmaqla Qarabağın Azərbaycanın doğma ərazisi olduğunu sübuta yetirdi. Tam aydın oldu ki, həm müharibə müddətindən əvvəl, həm də bugünədək qonşu deyib, səmimi münasibət sərgilədiyimiz xain İran təcavüzkar bir dövlətə-Ermənistana maddi və mənəvi yardım göstərmiş və bu rəzil addımlarına davam etməkdədir. Bu həqiqətən də əxlaqsızlığın, islam dini pərdəsi altında gizlənib riyakar addım atmağın ən bariz nümunəsidir. Axı necə olur ki, İran siyasi rəhbərliyi absurd fikirlər səsləndirməklə, Ermənistan-İran tarixindən bəhs edir. Belə bir saxta tarixi uydurduqda sadəcə onların fırıldaqçı olduğuna şahid oluruq. Tarixi faktlar göstərir ki, erməni nifaq toxumu XVIII və XIX əsrlərdə Cənubi Qafqaza Çar Rusiyasının və molla rejiminin əli ilə səpilmişdir. Tarixi müqavilələrdə belə erməni adına və ya toponiminə rast gəlinmir. Qeyd edilən faktlar, təcavüzkar siyasət, islami dəyərlərin təhqir olunması və digər əxlaqsız siyasi gedişlər riyakar İran dövlətini erməni sevgisindən vaz keçirmədi. Ona görə ki, İran əslində din pərdəsi altında gizlənən, terror təşkilatlarını maliyyəşdirən, islam dövlətləri ilə xarici münasibətlərində dosltuq prinsipinə əsaslandığını bildirsədə, hər fürsətdə xainlik və ikiüzlülük siyasətinə əsaslanan əsl təxribatçı dövlətdir. 1828-ci il Türkmənçay müqaviləsi ilə Azərbaycanı ikiyə bölən çar Rusiyası və “islam” ölkəsi olan İran idi. Bu tarixi faktları, mənbələri heç kim tarixdən silə bilməz. Son günlər İran ikiüzlü siyasəti ilə iç üzünü göstərib, Azərbaycan əleyhinə təxribat aktı həyata keçirir və feyk məlumatlar yayırlar. Əgər İran müsəlman dövlətdirsə, onda nə üçün Azərbaycanın cənub hissəsində yaşayan 35 milyon soydaşımıza öz doğma ana dilində təhsil alması üçün şərait yaradılmır. Əksinə bir dağ çobanının qarşısındakı bir qədər qoyun sayından ibarət təcavüzkar ermənilərə təhsil üçün şərait yaradılır. Bütün bunlar xain və riyakar İran dövlətinin əsl kimliyini təsdiq etdi. Müstəqil Azərbaycanın və doğma Partiyamızın qurucusu Ulu öndər Heydər Əliyev hələ illər öncə İranda dövlət rəsmiləri ilə görüşü zamanı fars jurnalistinin feyk sualına tutarlı cavab verərək, dünya xəritəsində Mazandaran gölünün yox, haqlı iradla Xəzər dənizinin var olduğunu bildirib, kütbeyin fars jurnalistə coğrafiya dərsi vermişdir.

Həqiqət budur ki, Cənubi Azərbaycanımızda yaşayan kökü bir, əsli bir olan doğma soydaşlarımızın haqqı tapdanılmamalı, əksinə onların hüquqları təmin edilməli, fars rejimi riyakar siyasətindən əl çəkib, onların öz doğma ana dilimizdə təhsil almaları üçün əlverişli şərait yaratmalıdır. Bu təhsil soydaşlarımızın əsl hüququdur və heç bir beynəlxalq normalara zidd deyildir. Bundan əlavə riyakar İran dövləti təcavüzkar erməniləri himayə edirsə, düşünürəm ki, onları Tehrana yerləşdirə və orada ermənilərə muxtariyyət verə bilər ki, bu da məhz onların aralarındakı “qardaşlıq” prinsipinə uyğun gələcəkdir. Azərbaycan qədim tarixi olan və zəngin mədəniyyətə malik olan güclü dövlətdir. Qədim tarixi mənbələr və xəritələr bizim dədə-baba torpaqlarımızı, əcdadlarımızın yurdunu tam dəqiq göstərir. Biz Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində qızıl hərflərdən ibarət tarix yazmışıq və öz doğma torpaqlarımıza əbədi olaraq qayıtmışıq. İran və Fransa öz terror missiyalarının icraçısı olan erməni dövlətinə muxtariyyət vermək istəyirsə erməniləri Tehrana və Marselə köçürməklə muxtariyyət verə, növbəti dəfə təxribatçı erməni dövləti yarada bilərlər. Bizim torpaqlarımız, ərazi bütövlüyümüz tamdır və müstəqilliyimiz əbədidir.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Digər xəbərlər