Siyasət

  • 1 303

Serbiyanın aparıcı KİV-ləri İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

image

Serbiyanın kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini geniş işıqlandırıb. SİA xəbər verir ki, ölkənin aparıcı mətbu orqanlarında yayılan materiallarda Prezident İlham Əliyevin Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən rəsmi mərasimlə qarşılandığı, iki ölkə rəhbərinin təkbətək və geniş tərkibdə görüşlər keçirdiyi qeyd olunub.Vurğulanıb ki, Serbiya Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndirir. Bu mövqeyə çox hörmətlə yanaşır. İki ölkə hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bunu davam etdirəcək. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir və dəstəkləyir. İki ölkənin siyasi və iqtisadi əlaqələri inkişaf edir.Qeyd olunub ki, Serbiya və Azərbaycanın əməkdaşlığı yeni müstəviyə yüksəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti arasında Birgə Bəyanat, ölkələr arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum və Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi imzalanıb.İki ölkə liderinin enerji sahəsində əməkdaşlığa, Azərbaycandan Serbiyaya təbii qaz və elektrik enerjisinin ixracına dair müzakirələr apardığı bildirilib.

sia.az

Digər xəbərlər