Siyasət

  • 1 370

İran yanlış siyasətinin qurbanı olacaq ŞƏRH

image

Bu gün Azərbaycan imzası qədər verdiyi sözündə və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışıarı davam etməkdədir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verərək etibarsız qonşu olduğunu nümayiş etdirir.Son hadisələr İranın Azərbaycana qarşı düşmənçiliyi, xalqımıza qarşı təhdidləri və İslama qarşı çıxan Ermənistanla əlaqələrinin dərinləşməsi ilə bağlı böyük narahatlıq doğurur. İran Qarabağ münaqişəsi bitdikdən sonra da Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına açıq-aşkar əngəl törədir və Zəngəzur dəhlizinin tikintisinin dayandırılması üçün əlindən gələni edir. İranın riyakar hərəkəti İslam dəyərlərinə qarşı xainlikdən başqa cür qiymətləndirmək olmur. İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir.Bu gün İran regionda sülh və əmin-amanlığın pozulmasına çalışır və əgər buna addım atmaq istərsə, başının üzərində Dəmir Yumruğun zərbəsini hiss edəcəkdir. İran tərəfi Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı siyasi, iqtisadi və mədəni təzyiqlər göstərməyə cəhd edir. 44 günlük tarixi zəfərimizlə barışa bilməyən qonşu İran Ermənistan vasitəsilə ölkəmizin daxili işlərinə qarışmağa səy göstərir. Ermənistan və Azərbaycan arasında olan bəzi məsələləri özünün “Qırmızı xətti” kimi qələmə verərək, Zəngəzur layihəsinin həyata keçməsini əngəlləməyə çalışırlar. Tarixən bəllidir ki, İran Respublikası başqa ölkələrə qarşı iddialar irəli sürmüş, həmin ölkələrin ərazilərini işğal etmək istəmişdir. Cəmi iki əsr öncəyə qayıtsaq görərik ki, işğalçı ölkə məhz molla rejimi altında gizlənmiş İrandır. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz.İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir.30 il davam edən işğala, müsəlmanların öz torpaqlarındanqovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri İrandakı soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin qorunmasıdır. İranın öz xalqına qarşı tərəddüdsüz silah işlədən, mürtəcə molla rejimi oradakı bütün insanların haqlarını tapdalamaqdadır. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Lakin unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər