Siyasət

  • 1 439

Tarixi qardaşlıq münasibətlərinə və İslam həmrəyliyinə xainlik ŞƏRH

image

Müstəqil Azərbaycan Respublikası daima qonşu dövlətlərlə və eyni zamanda dünya ölkələri ilə sülh şəklində yaşamağa çalışmış, müstəqil siyasətində əməkdaşlığa üstünlük vermişdir. Bu, özünü 44 günlük tarixi Zəfər müharibəsində bir daha göstərdi. Müharibə bir daha dostumuzu və düşmənimizi bizlərə tanıtdı. Qardaş Türkiyə, Pakistan başda olmaqla bir çox dünya ölkələri bizə dəstəyini nümayiş etdirdiyi halda, gözü daima torpaqlarımızda olan qonşu İran İslam Respublikası düşmən mövqeyini nümayiş etdirmişdir. İslam Respublikası olduğu halda, din pərdəsi altında xainlik etmiş, İslam ölkələrinin tarixi birliyinə ağır zərbə vurmuşdur. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra Cənubi Qafqaz sülh, əmin-amanlıq və əməkdaşlıq regionuna çevriləcək. Azərbaycanın daxili sabitliyi, "Qarabağ münaqişəsi"nin keçmişdə qalması Cənubi Qafqazın gələcəyinə böyük ümidlər yaradır. Ancaq cənub qonşumuz, fars-molla rejiminin hakim olduğu İran, Azərbaycanın yüksək sürətlə inkişaf etməsini həzm edə bilmir. Günü-gündən artan beynəlxalq nüfuzumuz və regional əhəmiyyətimiz molla rejimini dərindən narahat edir. Bunun bir neçə səbəbi var. İranın siyasi hakimiyyəti 40 milyonluq Azərbaycan xalqından ehtiyatlanır. Bu səbəbdən də onları müxtəlif "qayda-qanunlar" çərçivəsində yaşamağa məcbur edir. Məsələnin digər tərəfi isə Bütöv Azərbaycandır. Molla rejimi tarixi ədalətsizliklər üzündən vaxtilə parçalanan və bir-birindən ayrı düşən Şimali və Cənubi Azərbaycanın və vahid Azərbaycan xalqının bir gün birləşəcəyinin qarşısı alınması mümkün olmayan tarixi proses olduğunu dərk edir. Rəsmi Tehran üzdə Qarabağın Azərbaycan Respublikasına aid olduğunu bəyan etsə də, real mənzərə bir daha sübut edir ki, İran daima torpaqalarımızın işğal altında qalmasında maraqlı olub, hətta gizli yolla düşmən Ermənistan Respublikasina maddi dəstək nümayiş etdirmişdir. Gözü daima Azərbaycan torpağında olan, 30 illik tarixi torpaqlarımızın qaytarılması ilə barışmaq istəməyən İran rəsmiləri indi də tarixin təkrar olunmasına çalışaraq torpaqlarımızı parçalamaq niyyətindədirlər. Göründüyü kimi, İran Respublikasi ikiüzlü siyasət yürüdür və işğal prosesi dövründə mədəni abidələrimizə qarşı vandallıq edən ermənilərə sevgi bəsləyir. Bu da onu sübut edir ki, onların bu addımı islam dünyasına və islam humanizminə xəyanətdir.Bu onu göstərir ki, özünü İslam ölkəsi kimi göstərən İranın, bizə düşmən kəsilərək, torpaqlarımıza təcavüz edən və xalqımıza qarşı soyqırım törədən ermənilərdən heç bir fərqləri yoxdur. Amma onların unutduqları bir məqam var: Onların qarşısında Müzəffər bir ordunun qalib sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev, qalib bir ordu və daima ölkə başçısını və ordusunu dəstəkləyən qalib bir Azərbaycan xalqı var. Bu gün İran regionda sülh və əmin-amanlığın pozulmasına çalışır və əgər buna addım atmaq istərsə, başının üzərində Dəmir Yumruğun zərbəsini hiss edəcəkdir. İran tərəfi Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı siyasi, iqtisadi və mədəni təzyiqlər göstərməyə cəhd edir. 44 günlük tarixi zəfərimizlə barışa bilməyən qonşu İran Ermənistan vasitəsilə ölkəmizin daxili işlərinə qarışmağa səy göstərir. Ermənistan və Azərbaycan arasında olan bəzi məsələləri özünün “Qırmızı xətti” kimi qələmə verərək, Zəngəzur layihəsinin həyata keçməsini əngəlləməyə çalışırlar. Tarixən bəllidir ki, İran Respublikası başqa ölkələrə qarşı iddialar irəli sürmüş, həmin ölkələrin ərazilərini işğal etmək istəmişdir. Cəmi iki əsr öncəyə qayıtsaq görərik ki, işğalçı ölkə məhz molla rejimi altında gizlənmiş İrandır.İslam adı altında öz xalqına və Güney azərbaycanlılara zülm etmişdir. Azərbaycan Respublikası müharibədən qalib dövlət kimi çıxmış və regionda iqtisadi və siyasi gücünü artırmışdır. Bütün bu amillər İranı ciddi şəkildə narahat edir və Azərbaycanı meydanda sıxışdırmağa çalışır. Hətta bu məqsədlə, güneyli soydaşlarımıza məzəmmət edir və daima işğalda qalacaqalarını bildirir. Və bugün torpaqlarımızın işğaldan azad olunması sübut edir ki, Azərbaycan güclü bir ölkədir və ölkəsinin daxili və xarici işlərinə qarışmağa çalışan qüvvələri daima geri oturtmağı bacarır.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər