Siyasət

  • 1 458

Gədəbəydə Şəhid Hüseyn Rzayevin məzarı ziyarət olunub

image

23.11.2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Novosaratovka kənd sakini Rzayev Hüseyn Aslan oğlunun ikinci ildönümü münasibətilə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy rayon İH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev ,Gədəbəy rayon hüquq-mühafizə orqanlarının əməkdaşları və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhidin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

sia.az

Digər xəbərlər