Siyasət

  • 1 521

"Din amilindən, sadəcə, öz xarici siyasətinin aləti kimi istifadə edən İran"

image

Tarixə nəzər salsaq görmək olar ki, bütün dövr və dönəmlərdə özünü dost kimi göstərməyə çalışan İran Azərbaycana qarşı hər zaman məkrli siyasət aparmışdır. Din pərdəsi altında İranın anti-Azərbaycan mövqeyi, dövlətimizə və ərazi bütövlüyümüzə qarşı yönələn siyasəti heç kəsə sirr deyil. Özünü müsəlman ölkəsi kimi təqdim edən İran “molla rejimi” tarixin bütün dönəmlərində ermənipərəst mövqeyi ilə seçilən, ölkəmizə qarşı təxribatlar xarakterli münasibət bəsləyən dövlət olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, İran müstəqil Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirib və rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyinin əsasında da məhz bu amil dayanıb. İranın şovinist “molla rejimi” hələ 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dönəmlərdə də ermənipərəst mövqeyi ilə seçilmiş və bununlada kifayətlənməyib işğal olunmuş yaşayış məntəqələrimizdə yaşayış binalarının, infrastruktur obyektlərinin sökülüb talan edilməsi proseslərində də yaxından iştirak etmişdir. İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirən ölkələrdəndir. Sözdə özünü din qardaşı adlandıran İran hələ işğal dövründə bəyan edirdi ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycana maddi və mənəvi yardım göstərir və dəstəkləyir. Amma reallıqda Ermənistanla işbirliyi qurur, ona hərtərəfli hərbi, iqtisadi və siyasi dəstək verir, ən əsası Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına hər cür köməklik göstərirdi. Özünü "İran İslam Respublikası" adlandıran, ancaq əslində bütün islam dünyasının adına qara ləkə yaxan “molla rejimi” 30 il ərzində erməni işğalında qalmış ərazilərimizdəki dini, mədəni abidələrimizin, məscidlərimizin və qəbiristanlıqlarımızın dağıdılıb, təhqir olunmasına göz yumdu. İranın əsl iç üzü məhz bundan ibarətdir.44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən sonra İran daha açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə başladı.Lakin İranın “molla rejimi” unutmamalıdır ki, Azərbaycan 30 il bundan öncəki Azərbaycan deyil və heç bir təhdid Azərbaycanı haqq yolundan döndərə bilməz. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət strategiyası, düşünülmüş və uzaqgörən xarici siyasət kursu sayəsində dünyada və regionda böyük nüfuza malik olan qüdrətli dövlətdir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər