Siyasət

  • 731

Kəlbəcər rayonunun yeni inkişaf dövrü

image

25 noyabr 2022-ci il tarixi Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 2-ci ildönümüdür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Kəlbəcərin bir güllə atmadan qaytarılması Azərbaycanın döyüş meydanında olduğu kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin işğalda olması hər bir azərbaycanlının faciəsi idi. 44 günlük Vətən müharibəsi işğala son qoydu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı: "Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".
Xain düşmən Kəlbəcər rayonunu demək olarki, yerlə-yeksan edib, yeraltı və yerüstü sərvətlərimizi talayıb, ekoloji terror törədib, mədəni, tarixi, dini irsimizi dağıtmışdı. Ancaq Kəlbəcərin azad olunması ilə rayon üçün yeni dövr başladı. Tarixi torpağımız düşməndən təmizləndikdən dərhal sonra rayonda geniş miqyaslı quruculuq işlərinə başlanıldı. Azad edilən ərazilərdəki bütün genişmiqyaslı layihələr birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında həyata keçirilir. Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən bildirdi ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yenilməz sərkərdə əzmi ilə müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. Kəlbəcərdə həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara nəzər salmaq kifayətdir. Prezident İlham Əliyev işğaldan azad olunan bölgələrə səfəri bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Kəlbəcərdə olan sürətli bərpa-quruculuq işləri ilə bu torpaqlar yenidən dirçəlir. 30 illik işğal dövrü bitdikdən sonra Kəlbəcərin sürətlə dirçəlməsi heyranedicidir. Kəlbəcərin bərpası təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatının mühüm tikintisi olacaq. Kəlbəcər yeni və müasir simasına qovuşmaqla öz sakinlərini qarşılayacaq.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər