Siyasət

  • 2 366

Azərbaycanın beynəlxalq idman arenasında qazandığı uğur: FORMULA- 1

image

Avtoidman növlərinin zirvəsi kimi qəbul edilən "Formula-1" zəngin tarixə malikdir. Dünyanın ən güclü və məşhur "Formula-1" yarışı 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilir və yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb.Yarışın keçirilmə tarixinə nəzər salsaq görərik ki, ilk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub. Hər ilin sonunda çempionatın qalibi müəyyən edilir. Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. Sürücülər dünya çempionu titulu uğrunda, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar. Ölkəmizdə keçirilən Formula 1 yarışları yüksək standartlara cavab verib. Belə ki, yarışların keçirildiyi şəhər istər yol infrastrukturu, istərsə də qabaqcıl təhlükəsizlik tədbirlərinin təmin edilməsi baxımından yüksək standartlara cavab verir. Bakı həqiqətən də nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsi baxımından yüksək təşkilati və texniki bazaya malikdir.İqtisadi inkişafımız da, məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə kifayət qədər idman yarışları da keçirilib ki, bu da dünyanın idman nəbzinin Bakıda döyünməsinə səbəb olub. Azərbaycanın inkişafı, möhtəşəm nailiyyətlər ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və konfranslara ev sahibliyi etməsinə səbəb olub. Paytaxt Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forumu, Caz Festivalı, "Eurovision-2012" musiqi yarışması, "Bakı Elm Festivalı-2014", BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və onlarla belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi və yüksək imici səbəbdir.

Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuş və bu gün də belədir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.
"FORMULA 1 YARIŞINI KEÇİRƏN ŞƏHƏRLƏR İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN YA PAYTAXT ŞƏHƏRLƏRİ, YA DA Kİ, BÖYÜK ŞƏHƏRLƏRİDİR"
Birinci Avropa Oyunlarından son¬ra Formula 1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu bu sahənin inkişafına dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini əks etdirir. "Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır" – deyə Azərbaycan Prezidenti bildirmişdir.
BAKI ŞƏHƏR HALQASI DÜNYA ÇEMPİONATININ ƏN GÖZƏL TREKLƏRİNDƏNDİR
Təbii ki, yarışların ölkəmizdə keçirilməsi və turist axının artması ölkə iqtisadiyyatının bir sıra sahələrində canlanma yaratmış olur. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir. Bu baxımdan ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədə təşkil olunur və Azərbaycan kütləvi yarışların keçirilməsinə tam hazırlıq vəziyyətdə olur. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoreni qəbul edərkən görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb. Dünyada bu yarışlara marağın getdikcə artdığı bildirilib və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub. Dövlət başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini diqqətə çatdırıb. Qonaqlar ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını bildiriblər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar. Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq Formula 1 yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi də aparılıb. Bakı şəhərinin gözəlliyi, təmizliyi və işıqlandırma sisteminin xoş təəssürat yaratması qeyd edilib. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 Avropa Qran prisinin paytaxtımızda keçirilməsi ölkəmizin beynəlxalq idman ictimaiyyətində qazandığı uğurun və nüfuzun göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər