PDF Oxu

Siyasət

  • 3 221

“İki ildir, Kəlbəcərin yeni inkişaf dövrü başlayıb” - DEPUTAT ŞƏRH ETDİ

“İki ildir, Kəlbəcərin yeni inkişaf dövrü başlayıb” - DEPUTAT ŞƏRH ETDİ

“Biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbəyə qədər hər il aprelin 2-ni Kəlbəcərin işğal günü kimi qeyd edirdik. Təəssüf ki, işğal nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və ya girov götürülmüş, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib”. Bu fikirləri SİA-ya açıqçamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.Onun sözlərinə görə, ermənilər Kəlbəcərdə mülki əhaliyə qarşı xüsusi qəddarlıq tətbiq ediblər: “İnsanlar amansızcasına qətlə yetirilib. Burada bütün infrastrukturu, yaşayış yerlərini dağıdılıb, mədəniyyət və dini abidələr məhv edilib, ekoloji terror həyata keçirilib. Azərbaycan xalqına məxsus sərvətlər talan edilib. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. Nəhayət, Azərbaycan öz gücü hesabına, təkbaşına bu qətnamənin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər tarixi sahiblərinə qaytarıldı. Kəlbəcər işğaldan azad olunmuş ərazilərimiz arasında ən böyüyüdür. Kəlbəcərin geri qaytarılması Azərbaycanın öz gücü hesabına mümkün oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdi. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.Noyabrın 25-də Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün ermənilər əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Bütün dünya ermənilərin əsl vandal simasını gördü. Müharibənin başa çatmasından ötən 2 il ərzində bütün azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərdə infrastruktur bərpa olunur. Son iki ildir, faktiki Kəlbəcərin yeni inkişaf dövrü başlayıb.

Təsadüfi deyil ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da komando hərbi birləşmələri yaradıldı.Bu, həm də Ermənistana bir xəbərdarlıqdır. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir. Eyni zamanda Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərə start verilib. Kəlbəcərin təbii enerji potensialına gəlincə, xarici şirkətlər tərəfindən burada külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər var. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilib. Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.Kəlbəcərdə məşhur İstisu sanatoriyasının bərpası isə regionda müalicəvi turizm infrastrukturunun ən müasir tələblərə uyğun yenidən qurulduğunu göstərir. Bir sözlə, qədim Azərbaycan yurdu olan Kəlbəcərdə yeni inkişaf dövrü başlayır”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər