Siyasət

  • 2 087

"SMA xəstələri dövlət tərəfindən müalicə olunsun" - ELŞAD MİRBƏŞİROĞLU

image

“Səhiyyə xərcləri üçün 2023-cü ilin büdcəsində 1.9 milyard manat nəzərdə tutulub. Bu xüsusda, SMA xəstələrinə diqqət ayrılması vacibdir”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, Azərbaycanda rəsmi olaraq 28 uşaqda bu xəstəlik var: “Valideynlər isə böyük çətinliklə üzləşir. Hökumət nümayəndələri bu uşaqlara diqqət etsinlər. Onlar nəzarətə götürülsün. Onların müalicəsi indeksiya yolu ilə mümkündür. Düşünürəm ki, 28 uşağın müalicəsini həyata keçirmək ölkəmiz üçün mümkün ola bilər”

Ayşən Vəli

Digər xəbərlər