Siyasət

  • 1 834

“Bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirir”

image

21 noyabr 2022-ci il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Dövlət başçısı Partiyanın yaradılması, onun keçdiyi tarixi mərhələlərdən bəhs etmişdir. Qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin sual altında olduğu bir dövrdə xalqımızın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Ulu Öndər Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir. Bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmiş və təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi. Onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Dövlətin ağır problemlərinin. yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da. Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi. iqtisadiyyat çox ağır vəziyyətdə idi və insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

Şuşa və Laçının 1992-ci ilin may ayında işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı. Lakin xaqlımızın Ümummilli lider Heydər Əliyevə inamı çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət etmiş, həmişə xalqın qayğıları ilə yaşamışdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki. xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə-nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmirdilər. Lakin Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Ulu Öndər pensiyada olanda da xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır.

Gələcəyini məhz Ulu Öndər Heydər Əliyevlə birgə görən xalq YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra bu dahi şəxsiyyəti Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev parlamentin, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmış, ilk növbədə, Konstitusiya qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma Konstitusiya yox idi. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı, iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir.

Strateji inkişaf modelini - bütün planları həyata keçirmək üçün güclü maliyyə imkanları olmalı idi. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu.

1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Ulu Öndərin bütün tapşırıqları. bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü. ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə. doğma dövlətimizlə fəxr edir. 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur.

İqtisadiyyatımızın şəffaflaşdırılması. xoşagəlməz hallara qarşı mübarizə. kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. Dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Aparılan iqtisadi islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək. Eyni zamanda Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirir və heç bir kənar qüvvələr təsir edə bilməz. Bu illər ərzində aparılan uğurlu siyasət nəticəsində yoxsulluq əhəmiyyətli dərəcədə azalıb. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının. pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da təqribən 5 faiz ətrafında saxlanır. Bu da dünya miqyasında çox gözəl göstəricidir.

Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur. inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Gənc nəsil də milli ruhda böyüyür. gənc nəsil milli ənənələrə sadiqdir. Azərbaycançılıq ideyalarına sadiqdir, bütün xalqlar bir ailə kimi yaşayır. Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi. Azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu. bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır.

1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi geniş vüsət almışdır. Onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır. Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Neft-qaz layihələri ölkəmizin beynəlxalq mövqelərini də gücləndirdi. Azərbaycan Ordusu artıq özünü güclü ordu kimi təsdiqləyib. cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib. xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Azərbaycanın beynəlxalq mövqeləri böyük dərəcədə möhkəmləndi. Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Azərbaycan Qoşulmama Hərəkatına sədr seçildi və sədrliyin müddəti bir il daha uzadıldı. Biz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət göstəririk.

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir. Ölkəmiz imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstərir, necə ki, COVİD dövründə 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq, hədəfə doğru getdik və qələbə qazandıq. Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi. düşməni torpaqlarımızdan qovdu.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər