Siyasət

  • 1 926

YAP yarandığı gündən dövlətə və xalqa xidmət nümunəsi göstərir

image

Artıq iki ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Qələbəmizi şərtləndirən əsas amil ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla dam etdirilməsidir. Azərbaycanın hər bir uğurunda dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının öz payı vardı.

Noyabrın 21-də partiyanın yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə Prezident, YAP Sədri İlham Əliyev keçilən yolun təhlili əsasında bildirdi ki, YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlandı.
Ölkəmizin qarşısında çox ciddi problemlər var idi. Məhz ulu öndər Heydər Əliyevin cəsarəti, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə, Konstitusiyamız qəbul edildi. Prezident İlham Əliyev yubiley tədbirində bildirdi: “Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.”
Azərbaycan bütün sahələrdə inkişafa nail oldu. Uğurlu iqtisadi islahatlar həyata keçirildi, ölkəmizin malik olduğu təbii resuslardan səmrəli istifadə proritet məsələ kimi öndə saxlanıldı. Ümummilli Liderin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. İqtisadi tərəqqi bütün sahələrdə davamlı uğurlara yol açdı.
YAP yarandığı gündən dövlətə və xalqa xidmət nümunəsi göstərir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yubiley tədbirindəki çıxışında da bəyan etdiyi kimi, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı.
Partiyanın bu günü ilə yeni yarandığı dövrü müqayisə etdikdə çətin və şərəfli yol keçdiyini böyük inamla qeyd edirik. YAP hər zaman ölkədə gedən bütün proseslərin mərkəzində olub. Hazırda yeni reallıqlara uyğun olaraq müəyyınləşdirdiyi hədəflərə doğru inamla addımlayır, bütün qüvvə və bacarıqlarını səfərbər edir. Partiyanın 800 minə yaxın üzvünün hər biri Zəfərimizin yaratdığı reallıqların həyata keçrilməsinə öz töhfələrini verməyə səy göstərir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi.
Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi müasir müstəqil, qalib Azərbaycandır. YAP isə təkcə ölkəmizin deyil, regionun aparıcı siyasi təşkilatıdır. Ölkəmizi, YAP-ı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Digər xəbərlər