Siyasət

  • 2 878

Kəlbəcərin yeni inkişaf dövrü

image

1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. 44 günlük Vətətn müharibəsindəki Tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Həmin tarixdən başlayaraq digər işğaldan azad edilən ərazilərimiz kimi Kəlbəcər rayonuda yeni inkişaf dövrünə qədəm qoydu.Kəlbəcərin şimal hissəsi İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Bununla da Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bilmiş və nəticədə erməni silahlı qüvvələri Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilməmişdilər.2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusuna vurduğu sarsıdıcı zərbənin və ölkə başçımızın hərbi əməliyyatlarla yanaşı apardığı fəal, intensiv beynəlxalq diplomatiyanın nəticəsi idi.Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. İlin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcər rayonu təbii enerji potensialına malikdir. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilmişdir. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilmişdir.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Demək olar ki,rayon yeni inkişaf dövrünə qədəm qoyub.Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir.Kəlbəcər bu gün də Azərbaycanın ən dilbər guşələrindən biridir. Buradakı yeraltı və yerüstü sərvətlərimiz illərlə erməni vandalları tərəfindən istismar olunaraq talanıb. Bu gün Azərbaycan xalqı öz torpaqları ilə yanaşı, öz sərvətlərini də düşmən əsarətindən azad edərək, onları öz sahiblərinə qaytarıb. Artıq bu gün bütün diqqət doğma Qarabağımızın yenidən qurulmasına yönəlib. İndi biz qısa zaman ərzində Kəlbəcərin təbii sərvətləri hesabına, turizm potensialı hesabına qeyri-neft sektorunu inkişaf etdirməli olacağıq. Kəlbəcər Azərbaycan iqtisadiyyatına öz töhfəsini verən ən birinci rayonlardan biri olacaq.Hər bir azərbaycanlı əmindir ki, xalqımız, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da tarixi uğurlar qazanacaq, əhalimizin sosial rifahı daha da yaxşılaşacaq və Vətənimiz gündən-günə çiçəklənəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər Kəlbəcərdə də uğurla həyata keçirilir və rayonun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər