Siyasət

  • 1 865

Paşinyan-Makron oyunbazlıqları: Şarl Mişel hansı addımını atmalıdır? SİYASİ RAKURS+ÖZƏL

image

Beləliklə, Paşinyan-Makron bacılıq tandemi səbəbindən 2022-ci ilin dekabr ayının 7-də planlaşdırılan Brüssel görüşü ləğv olundu. Əslində, həmin reallıq Paşinyan-Makron cütlüyünün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə qarşı demarş hesab edilə bilər. Belə çıxır ki, Paşinyan bacısı Makrona şikayət edib ki, Mişel erməniyönümlü mövqedə dayanmaq fikrində deyil.Və əgər bütün bunlara Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bakıda səsləndirdiyi bəyanatının Ermənistanı narahat etdiyini də əlavə etsək, eləcə də Avropadakı ermənipərəst qrupların ona qarşı hücumlarını da xatırlasaq həm də belə nəticə hasil edə bilərik ki, Paşinyan-Makron ikiliyinin Mişelə qarşı demarşları artıq sistemli xarakterə keçid alıb.Belə olan halda sual yaranır: bəs Aİ bu kimi məsələlərdə hansı addımları atmalıdır? Daha dəqiq desək, ermənilərin nankorluğuna qarşı qərar nə ola bilər? Azərbaycan zatən Paşinyanın həyasızlıqlarına, nankorluqlarına, yalançılıqlarına və riyakarlıqlarına, eləcə də prinsipiallıqdan kənar olmasına alışıqdır.Yadınızdadırsa bir müddət əvvəl Avropa İttifaqı tərəfindən Ermənistana maliyyə paketi ayrıldı və bu paket Azərbaycana ayrılan paketdən təxminən on dəfə çox idi. Hansı ki, məhz Azərbaycanın ərazisində müharibə gedib, Azərbaycanın əraziləri dağıdılıb, talan edilib, Azərbaycan vətəndaşları öz yurd-yuvalarından məcburi köçkünlərə çevrilib və s...Halbuki Ermənistan dəfələrlə öz riyakar üzünü avropalılara göstərib. Məsələn, Ermənistan zamanında assosiativ razılaşmaya imza atmamışdı, hansı ki, buna qədər sözügedən prosesə qoşulacağını bəyan edirdi. Bu da son deyil. Məsələn, Avropa Xalq Partiyasının sıralarında Serj Saqsyanın Respublika partiyası da var və bu partiya açıq şəkildə nasizim və njdeçilik ideologiyası üzərində fəaliyyət göstərir.Ayrıca olaraq Avropanın sosial-demokratlar cinahında, yəni Sosinterndə də ermənilərin Daşnaksyutyun terrorçu təşkilatı “partiya” adı altında fəaliyyət göstərir, özü də ikinci sıralamda yer almaqdadır. Bütün bunlar öz yerində...Beləliklə, Paşinyan-Makron cütlüyü Şarl Mişel-Klaar faktoruna qarşı elə addım atdılar ki, həmin addım bütövlükdə Avropa İttifaqının vasitəçiliyini heçə endirir.

Mümkün ehtimallar isə belədir, hətta iki variant ola bilər:
⁃ Aİ ya özünün “balance approach” mövqeyini saxlamaqla Ermənistanın və Fransanın aqressiv və nankor siyasətinə göz yummaqla baş verməsi kifayət qədər mümkün görünən yeni eskalasiyalara görə məsuliyyət daşıyacaq
⁃ Ya da Paşinyanla Makronun oyunbazlıqlarına sərt mövqe nümayiş etdirməklə şərt irəli sürüb tələblər qoymalıdır – ya inadkarlıqdan, prosesi pozmaqdan əl çəkməli, ya da Ermənistana ayrılan maliyyə paketi ləğv olunmalıdır.
Nəzərə alsaq ki, Aİ daha əvvəlki illərdə elə də ciddi prinsipiallığı ilə seçilməyib, bu zaman ikinci ehtimalın baş tutmasını gözləməyə dəyməz. Etiraf edək ki, Aİ-nin mərkəzi strukturları həm Avropa Parlamentindən, həm də Makronun təsirlərindən asılı vəziyyətdədirlər. Bəs onda daha hansı addımlara gedilməlidir?Şarl Mişel açıq-aydın çətin situasiyadadır və burada Mişeli dəstəkləyən ABŞ-ın da rəsmi mövqeyi rol oynayır. Hansı ki, məhz Paşinyan rəsmi Bakıdan fərqli olaraq bəyan etmişdi ki, o Rusiyanın sülh razılaşması təklifini 100% dəstəkləyir. Üstəlik, erməni tərəfi regional, Cənubi Qafqaz qarşılıqlı formatına tərəf getmir, Azərbaycan isə həmin formata ən yüksək səviyyədə təşəbbüs göstərir. Beləliklə, Mişel ya da ABŞ artıq yekun qərarlarını müəyyən etməli və ölkələrində var-gəl edən ermənipərəst ayağısürüşkən siyasətçilərə sərt cavab verməlidirlər. Onu da anlatmalıdırlar ki, Ermənistan rəhbərliyi riyakarlıq edir, aqressiya tərəfdarı olaraq çıxış edir, danışıqlarda isə etibarsızlığı ilə seçilir. Əks halda, bu və ya digər yollarla özlərini təsdiq etmək istəyən hər kəs öz uğursuzluğuna imza atmalı olacaq, hər şey 44 günlük müharibədən sonrakı ilk vəziyyətə geri dönəcək. Belə olan vəziyyətdə isə artıq günah Bakıdan gedəcək və Azərbaycan zərurətdən yaranan müvafiq, lazımi addımlarını atması ilə qarşıda dayanan həll edilməmiş problemləri özü həll edəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər