Siyasət

  • 2 277

“Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir”

image

Azərbaycan həm region, həm də digər xarici dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinə malik bir dövlətdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrlə müxtəlif sahələrdə - təhsil, turizm, iqtisadi və mədəni istiqamətlərdə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri kürsüdən səsləndirdiyi fikirlər, regionda baş verən proseslər, ölkəmizin sülh təşəbbüsləri, Ermənistanın 30 illik işğalçılıq siyasəti, hərbi təxribatları barədə söylədiyi faktlar ölkəmizin əsas məqsədinin sülh və humanizm olduğunu nümayiş etdirdi.Ölkəmizin ərəb dövlətləri ilə əməkdaşlığının əsrlərə söykənən zəngin tarixi kökləri var. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri inkişaf edən Liqa ölkələri ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də beynəlxalq səviyyədə də qarşılıqlı hörmət əsasında davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi bunun bariz nümunəsidir. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri olduqca vacibdir. Çünki təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi nail olmaq mümkün olmayacaq. İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitliyin olmasıdır.Dövlət Başçısı eyni zamanda bildirmişdir ki, bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq.Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər